Yuxarı

Nalbəndyan eyhamı: Bakıya qarşı bu addımı kim ata bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Xarici İşlər naziri Edvard Nalbəndyan martın 1-də Xankəndidə separatçıların lideri Bako Saakyanla Qarabağ münaqişəsini müzakirə edib. Nalbəndyan bu ilin sonuna qədər bir dövlət tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanına biləcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Nalbəndyan proqnozunu belə şərh edib:

“Erməni eskpertlər Nalbəndyanın açıqlamasındakı “həmin dövləti” tapmağa çalışırlar. Onlar Uruqvayın üzərində dayanırlar. Bunun iki səbəbi var. Birincisi, məhz Uruqvay 1965-ci ildə “erməni soyqrımını” tanıyan ilk dövlət olub.

İkincisi, 2015-ci il yanvarın 4-də Uruqvayın xarici işlər naziri Luis Almaqro beynəlxalq aləmi Dağlıq Qarabağın “müstəqilliyini” tanımağa çağırıb. Əgər erməni ekspertlər Uruqvayın Dağlıq Qarabağın “müstəqilliyini” tanıyacaqlarına inanırlarsa, Uruqvaydakı missiyamız (bu ölkədə səfirliyimiz yoxdur) yenidən araşdırmaya başlamalıdır. Səhv etmirəmsə, son illərdə Uruqvaydan Azərbaycana xeyli nümayəndə heyəti gəlib, Bakı ilə Montevideo arasında təmaslar var. Uruqvay parlamentində Azərbaycanla dostluq qrupu fəaliyyət göstərir”.

Siyasi şərhçi qeyd edib ki, bu məsələni boş buraxmaq olmaz:

“Əgər araşdırma nəticəsində Uruqvayın separatçıları tanımaq kimi fikrinin olmadığı aşkarlanarsa, lap yaxşı, yox, şübhə üçün əsas olarsa, onları xəbərdar etmək lazım gələcək”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir:

“Münaqişənin həllinin əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsbit olunur və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi bir daha vurğulanır. Ermənistanın Azərbaycana qarşı güc tətbiq edərək işğal və hərbi təcavüz nəticəsində yaratdığı qondarma rejimi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, heç bir dövlət tanımayıb və tanımayacaq. Bu gün təxribatla məşğul olmaq əvəzinə regionda davamlı sülhü təmin etmək üçün Ermənistan münaqişənin həllinə səy göstərməlidir”.

Sabiq dövlət müşaviri Qabil Hüseynlinin qənaətinə görə, sözügedən dövlət Rusiya da ola bilər:

“Zənn etmirəm ki, bu, baş verəcək. Baş verərsə, dünyada heç bir nüfuzu olmayan, BMT-də sayılmayan zəif dövlətlərdən biri bu addımı ata bilər. Ancaq bölgədə separatçı rejimləri tanıyan yalnız Rusiya olub. Sonradan Moskvanın təkidi ilə bir sıra Kolumbiya tipli dövlətlər də bu tanınma prosesinə qoşulublar. Böyük ehtimalla, Nalbəndyanın açıqlamasındakı dövlət Rusiya ola bilər. Çünki Rusiya Dumasında bəzən Qarabağın müstəqillyinin tanınması haqqında fikirlər səsləndirilir”.

Tarix
2017.03.03 / 13:48
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla