Yuxarı

Gəncədəki hərbi hissələrin yerində şəhərcik salınacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədəki hərbi hissələrin yerində şəhərcik salınacaq

Bu il Gəncə şəhərində yerləşən 6 hərbi hissə köçürüləcək.

Məlumata görə, hərbi hissələrin yerində şəhərçik salınacaq.

Hərbi hissələr köçürüldükdən sonra 800 hektar torpaq sahəsi boşalacaq və bu ərazilər şəhərin baş planına uyğun olaraq istifadə olunacaq.

Qeyd edək ki, Gəncədə hündür mərtəbəli binalardan ibarət kiçik şəhərciklər yaradılır. Şəhərin müxtəlif yerlərində 12 mərtəbəli binalardan ibarət şəhərciklərin artıq başlanıb. "Yeni Gəncə" yaşayış massivində 12 ədəd 12 mərtəbəli binadan ibarət şəhərciyin salınmasına başlanılıb.

"Yeni Gəncə"-dən başqa, şəhərin Abbas Səhhət adlanan yaşayış massivində də 12 mərtəbəli binalardan ibarət şəhərcik salınmağa başlayıb. Heydər Əliyev park kompleksinin yaxınlığında isə geodeziya işləri aparılır. Orada da şəhərcik salınacaq.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu ilin I rübunun yekunlarına həsr edilən iclasda bildirib ki, ölkə prezidentinin tapşırığı ilə şəhərin ətrafında hərbi hissələr üçün yeni binalar tikiləcək. Və Gəncənin mərkəzində olan hissələr ora köçürüləcək. /ANS/

Tarix
2014.04.20 / 22:30
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla