Yuxarı

Türkiyə: "Bakı-Tiflis-Qarsın tikintisi yekunlaşır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə: "Bakı-Tiflis-Qarsın tikintisi yekunlaşır"

Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi başa çatır.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı Türkiyənin Nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslana istinadən məlumat yayıb.

Nazir deyib ki, Qars və ümumilikdə bütün regionun xilasına səbəb olacaq layihənin reallaşdırılması prosesi artıq yekunlaşır.

O qeyd edib ki, rəsmi Ankara bu yolun Naxçıvana, sonradan isə İrana və Pakistana qədər uzadılmasını təklif edir. Nazir deyib: “Bu məsələ bir neçə gün əvvəl İslamabada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində də diqqət mərkəzində olub. Türkiyə tərəfinin Sammit çərçivəsində keçirdiyi görüşlərdə 10 ölkənin liderləri Bakı-Tiflis-Qars və Qars-İğdır-Naxçıvan dəmir yolunun yaxın vaxtlarda istifadəyə veriləcəyinə əminlik ifadə ediblər.

Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmir yolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış dövlətlərarası saziş əsasında tikilir.

Tarix
2017.03.03 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla