Yuxarı

Prezident Tehrana gedir: Politoloq İran KİV-ə nə dedi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Tehrana gedir: Politoloq İran KİV-ə nə dedi?

Azərbaycan Prezidenti İlham Əliyevin sabah İrana səfəri başlayır. Bunu “Skayp”la məndən müsahibə alan iranlı jurnalist dedi.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, İran mediasına açıqlamasında səfərin əhəmiyyəti haqqında danışıb:

“İranla Azərbaycan arasında iqtisadi münasibətlər inkişaf edir, birgə layihələr reallaşır, ancaq siyasi dairələrimizin və cəmiyyətimizin qonşu ölkədən başqa gözləntisi var: Dağlıq Qarabağ məsələsində İrandan, siyasi və dini dairələrdən real dəstək gözləyirik, Azərbaycan torpaqlarının işğalına, məscidlərin dağıdılmasına etirazınızı gözləyirik. Bildirin bu etirazı Ermənistan rəsmilərinə! Azərbaycanın ərazi bütövlüyünə sözdə və əməldə dəstək lazımdır. İran bunu edərsə, ikili münasibətlər daha çox inkişaf edər”.

Qeyd edək ki, İran mediası Prezident İlham Əliyevin İran dövlətinin rəhbərləri ilə siyasi və iqtisadi məsələləri müzakirə edəcəyini yazıb.

İlham Əliyev sonuncu dəfə 2016-cı il fevralında İrana səfər etmişdi.

Tarix
2017.03.04 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın diplomatik riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla