Yuxarı

Rusiya: "Azərbaycanla əmtəə dövriyyəmiz artıb"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq uğurla inkişaf edir. 2016-cı ilin yekunların görə, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 1954,4 milyon dollar olub. Azərbaycana Rusiyadan ixrac 1508,1 milyon dollar, idxal 446,3 milyon dollar təşkil edib.

Axar.az xəbər verir ki, bu barədə məlumat Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya Federasiyasına səfəri ilə əlaqədar şərhində yer alıb.

İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2016-cı il dekabrın 16-da Bakıda keçirilmiş 16-cı iclasının qərarlarının reallaşdırılması istiqamətində fəal iş aparılır.

Regionlararası əməkdaşlıq Rusiya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin mühüm tərkib hissəsidir. Hazırda Azərbaycan Respublikası ilə xarici ticarət fəaliyyətinə Rusiya Federasiyasının əksər regionlarında fəaliyyət göstərən 600-dək müəssisə və təşkilat cəlb edilib. Onlardan 17-si Azərbaycanla əməkdaşlıq haqqında saziş bağlayıb. Rusiya ilə Azərbaycan arasında hər il keçirilən regionlararası forum özünü doğruldur və bu praktikanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Tarix
2017.03.04 / 22:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla