Yuxarı

“Azadlıq” qəzetinin çapı dayandırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azadlıq” qəzetinin çapı dayandırıldı

"Azərbaycan" nəşriyyatı ona olan borcunu ödəyə bilmədiyi üçün "Azadlıq" qəzetinin çapını dayandırıb. Qəzet noyabrın 13-dən etibarən satışda olmayacaq. Qəzetin çapını nə vaxt bərpa edə biləcəyi məlum deyil.
"Azərbaycan" nəşriyyatı "Azadlıq" qəzetinə 24 min manat borcunu ödəmək üçün noyabrın 12-nə qədər vaxt vermişdi. Vaxt tamam olduğundan qəzetin rəhbərliyi noyabrın 12-də nəşriyyatın rəhbərliyi ilə görüşüb, məlum səbəblərdən maliyyə vəsaitinin olmadığını bildirib və mümkündürsə, əlavə möhlət verilməsini istəyib. Nəşriyyat rəhbərliyi də özlərinin maliyyə çətinlikləri ilə əlaqədar möhlət verə bilməyəcəklərini deyib və yığılmış borcun (ən azı əhəmiyyətli bir hissəsinin) ödənilməsini tələb edib.
Beləliklə, nəşriyyata olan borcunu ödəyə bilmədiyi üçün qəzetin çapı dayandırılıb.
Yaranmış böhranlı vəziyyətdən çıxmaq üçün "Azadlıq" qəzeti kampaniya başladıb. Kampaniya hazırda davam edir. Qəzet yerli və beynəlxalq ictimaiyyətin dəstəyini almağa davam edəcəyinə ümid bəsləyir.
"Azadlıq" ən tez zamanda yenidən oxucuları ilə görüşə bilmək üçün ondan asılı olan hər şeyi edəcək.
Hələliksə qəzetin çapı dayandırılsa da, onun saytı fəaliyyətini davam etdirir. Məlumat və məqalələrimizlə saytımızda tanış ola bilərsiniz.

Tarix
2013.11.12 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla