Yuxarı

Azərbaycan Koreyanın raket sınaqlarını pislədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Koreyanın raket sınaqlarını pislədi

Şimali Koreyanın raket buraxılışı təhlükəli tendensiyadır.

Axar.az xəbər verir ki, bunu Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov söyləyib. O, Şimali Koreyanın raket texnologiyalarının inkişafının regionda yeni gərginlik dalğası yaratdığını bildirib:

“Bu, Cənubi Koreya və Yaponiyanı narahat olmağa məcbur edir. BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın raket sınağını qınayan növbəti qətnaməni nəzərə alsaq, bu məsələyə digər tərəfdən yanaşıb daha qəti tədbirlər görmək lazımdır. İstənilən halda Pxenyandakı rəhbərliyə Nyu Yorkdan edilən xəbərdarlıqlar, eləcə də sanksiyalar təsir etmir”.

Qeyd edək ki, Şimali Koreya sonuncu ballistik raket sınağını martın 6-da keçirib. Amerika məhz buna görə artıq THAAD raketdən müdafiə sistemlərini Cənubi Koreyada yerləşdirməyə başlayıb.

Tarix
2017.03.07 / 16:50
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur - PA rəsmisi

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla