Yuxarı

Azərbaycan Almaniyanın etibarlı tərəfdaşıdır - Qabriel

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, nazir Elmar Məmmədyarov almaniyalı həmkarına ünvanladığı məktubunda diplomatik münasibətlərin qurulduğu andan etibarən ölkələrimiz arasındakı əlaqələrin dinamik şəkildə inkişaf etdiyini və müxtəlif sahələri əhatə etdiyini bildirib. Hazırda Azərbaycanın Almaniya və Avropa İttifaqının Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşı olduğunu qeyd edən nazir ikitərəfli əlaqələrin inkişafında böyük potensialın mövcudluğunu vurğulayıb.

Ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin tarixinin təkcə diplomatik münasibətlərin qurulması ilə məhdudlaşmadığını və daha dərin köklərə malik olduğunu qeyd edən nazir Elmar Məmmədyarov 2017-ci ildə Azərbaycanda alman məskənlərinin salınmasının 200 illiyinin tamam olduğunu bildirib. Azərbaycanda almanlara məxsus tarixi-mədəni irsin mövcudluğunun ölkələrimiz arasındakı münasibətlərin mühüm simvoluna çevrildiyini vurğulayıb.

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel Elmar Məmmədyarova göndərdiyi məktubda iki yüz il əvvəl şvab almanlar tərəfindən Azərbaycan ərazisində əsası qoyulmuş Helenendorf kimi yaşayış məntəqələrinin iki ölkənin birgə mədəniyyət irsi olduğunu qeyd edib.

Almaniyalı nazir Azərbaycanın ölkəsinin enerji təminatının şaxələndirilməsində strateji tərəfdaşı olduğunu bildirib. Almaniyanın Azərbaycanın müasirləşmə səylərində, iqtisadiyyatın şaxələndirilməsində və demokratik inkişafında bundan sonra da etibarlı tərəfdaşı olmaqda davam edəcəyini diqqətə çatdırıb.

İki ölkə arasında müxtəlif sahələrdə, xüsusilə iqtisadi sahədə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayan Siqmar Qabriel Alman-Azərbaycan iqtisadi forumunun buna bariz nümunə olduğunu qeyd edib.

Tarix
2017.03.07 / 19:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla