Yuxarı

Əli Həsənovun doğum günüdür: 57 yaş - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ad günüdür.

Musavat.com xəbər verir ki, Əli Məhəmmədəli oğlu Həsənov 10 mart 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Tənənəm kəndində anadan olub.

Tarix elmləri doktoru, professor Əli Həsənov ali təhsilini Moskva Dövlət Universitetində alıb.

1992-ci ilin mayından 1993-cü ilin dekabrınadək Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-cü ilin fevralından 1995-ci ilin sentyabrınadək Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-ci ilin sentyabrından 1996-cı ilin iyul ayınadək Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdir müavini, 1996-cı ilin iyulundan 2005-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəzifələrində çalışıb.

1-ci dərəcə dövlət müşaviri olan Əli Həsənov 19 iyul 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiridir. Prezident İlham Əliyevin sərəncamı ilə 23 fevral 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Axar.az Əli Həsənovu ad günü münasibətlə təbrik edir.

Tarix
2017.03.10 / 17:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla