Yuxarı

ABŞ səfiri Lənkəranda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ səfiri Lənkəranda

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı Enn Sekuta cənub bölgəsinə səfər çərçivəsində martın 10-da Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə təhsil işçiləri ilə görüşüblər.

Axar.az xəbər verir ki, səfir və xanımı əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxıblar. Məktəb-liseyin direktoru Yeganə Əsgərova məlumat verib ki, 1968 şagirdin təhsil aldığı məktəbdə ingilis, alman, rus dilləri tədris edilir. Ümumilikdə, məktəbdə 39 ingilis dili müəllimi çalışır.

Məktəblə tanışlıq zamanı amerikalı qonaqlar şagirdlərlə səmimi söhbət ediblər.

Daha sonra səfir Robert Sekuta Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyasının yerli üzvləri ilə görüşüb. Diskussiya şəraitində keçən görüşdə hər iki ölkənin təhsil sistemi ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, amerikalı diplomat cənub bölgəsinə səfəri çərçivəsində Masallı, Astara və Lənkəran rayonlarında işgüzar görüşlər keçirib.

Tarix
2017.03.10 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla