Yuxarı

Səid Nursinin gizli saxlanılan vəsiyyəti üzə çıxdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səid Nursinin gizli saxlanılan vəsiyyəti üzə çıxdı

Səid Nursinin tələbələrindən Hüsnü Bayramın nəzarətində olan nurrehberi.com saytında Risale-i Nur varislərinə dair rəsmi bir sənəd nəşr olunub.

Rəsmi qurumlara verilmək üçün yazılan sənəddə Səid Nursi möhürü ilə Əmirdağlı Mehmet Çalışqan və Həmzə Əmək şahid olaraq bildirilir.

"Axar.az"ın təqdim etdiyi sənəddə işlədilən ifadə və adlar bunlardır:

Yüz otuz parçadan ibarət mürəkkəb Risale-i Nur külliyyatından sözlər, məktubat, şualar, məsnəviyi nuriyyə, işaratül icazə, lahika məktublarımı və s. türk və ərəb dilində əsərlərimdən nəşirlərinə aid hər cür haqqlarımı xüsusi xidmətkarlarım və varislərimdən olan Tahiri, Süngür, Zübeyr, Ceyran, Hüsnü, Bayram, şagirdlərim Səid Özdəmirə və Əhməd Aytimura təhvil verirəm. Mən öldükdən sonra mənə aid bütün Risale-i Nur kitablarının nəşrinə davam edəcəklər.

Risale-i Nur nə mənim, nə başqasının malıdır. Quranın malıdır. Risale-i Nurdan əldə olunan gəlirlər Risale-i Nura aiddir. Mənəvi övladlarım və onların tələbələri mənim əvəzimdən Risale-i Nura xidmət edəcəklər.

Bu vəsiyyətimin əlaqədar rəsmi qurumlara verilməsini arzu edirəm.

Tarix
2014.04.22 / 23:27
Müəllif
Elvin Mahmudov
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla