Yuxarı

İlham Əliyevdən daha bir müraciət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyevdən daha bir müraciət

Prezident İlham Əliyev “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktiki konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat konfransı məlumat yayıb.

"Hörmətli konfrans iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və konfransınızın işinə uğurlar arzu edirəm.

Dünyanın 40-a yaxın ölkəsindən, beynəlxalq təşkilatlardan və işgüzar dairələrdən nümayəndələrin qatılması bu mötəbər tədbirinizə diqqət və marağın yüksək olduğunu göstərir. Konfransınız Azərbaycan xalqının qədim ənənələrə malik milli bayramı olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Novruz bayramı ərəfəsinə təsadüf edir. Bu isə tədbirinizdə iştirak etmək üçün ölkəmizə gələn qonaqların Azərbaycanın milli mədəniyyət nümunələri ilə yaxından tanış olmasına imkan yaradacaqdır.

Cari ildə dünyanın nadir su təchizatı qurğularından sayılan “Şollar–Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 illiyi tamam olur. Kəmər Bakı şəhəri və Abşeron yarımadasını içməli su ilə təmin edən ilk iri infrastruktur layihəsi olaraq ötən dövr ərzində əhalinin həyatının yaxşılaşdırılmasına xidmət göstərmişdir. “Şollar-Bakı Su Qurğuları Kompleksi”nə daxil olan hidrotexniki qurğuların xüsusiyyətləri bu gün də mütəxəssislər tərəfindən öyrənilməkdədir. Bu baxımdan iştirakçısı olduğunuz konfransda su resursları və sudan səmərəli istifadə, içməli su təchizatı, tullantı sularının idarə edilməsi, iqlim dəyişiklikləri və ətraf mühit mövzularının müzakirə obyektinə çevrilməsi təqdirəlayiqdir.

İnanıram ki, konfrans çərçivəsində tanınmış alimlərin, mütəxəssislərin, su ilə əlaqəli beynəlxalq təşkilatların qaldırdığı məsələlərlə bağlı aparılacaq müzakirələr bu sahədə mövcud problemlərin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından səmərəli olacaq, təcrübə mübadiləsi və perspektiv əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir", - müraciətdə qeyd edilib.

Tarix
2017.03.15 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

Prezident İrəvanda keçiriləcək konfransda iştirak edəcək? - Nazir

Ermənistana 20 milyon ayrılır, bizə isə... - Bayramov

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

907-ci düzəlişin tam ləğv edilməsi... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla