Yuxarı

Sərkisyan seçkini udacaq, ancaq... - Diplomat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan seçkini udacaq, ancaq... - Diplomat

Ermənistanda getdikcə mürəkkəbləşən vəziyyət seçki ərəfəsində daha da dərinləşəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq, keçmiş diplomat Fikrət Sadıqov deyib. O, müxtəlif siyasi qüvvə və partiyaların Sərkisyanla açıq qarşıdurmaya gedə biləcəyini mümkün sayıb:

“Düşünmürəm ki, Ermənistanda Qərbə meyillənmələr güclənə. Çünki bu ölkə Rusiyanın forpostudur. Çox güman ki, xarici amil faktoruna görə Rusiya Sərkisyanı dəstəkləyəcək. Putinin bütün əmrlərinə əməl edən və Moskvanın İrəvanda əsas fiquru Sərkisyandır. Ermənistanda hazırkı müxalif qruplaşmalar isə sadəcə görüntü xarakteri daşıyır. Guya Ermənistanda da demokratiya var. Son nəticələrə görə, onların gücü o qədər də çox deyil. Hakimiyyətin adminstrativ, hərbi resursu var və daxili qüvvəllər prosesə birbaşa təsir edir. Mənə elə gəlir ki, Sərkisyanın partiyası yenidən parlamentdə çoxluq təşkil edə bilər. Ancaq Sərkisyana qarşı birləşən keçmiş partiyadaşları və bir çox siyasilər başa düşürlər ki, hazırkı iqtidar Ermənistanı dalana dirəyib və vəziyyətdən çıxş yolu tapılmalıdır. Siyasi qarşıdurmalar nəticəsində müəyyən toqquşmalar istisna edilməsə də, Moskvanın Sərkisyanı dəstəkləməsi onun tərəfdarlarının əl-qolunu açacaq”.

Politoloq bildirib ki, seçkidən sonra Ermənistanı ciddi dəyişikliklər gözləyir:

“Ermənistan daha da zəifləyəcək, emiqrasiya artacaq. Ölkənin iqtisadi durumu onsuz da ürəkaçan deyil. Hesab edirəm ki, Sərkisyan ilk vaxtlar hakimiyyəti qoruyub saxlamağa çalışsa da, sonradan proseslər nəzarətdən çıxa bilər”.

Qeyd edək ki, bu il aprelin 2-də Ermənistanda növbəti parlament seçkisi keçiriləcək, ölkə parlament idarə üsuluna keçəcək.

Tarix
2017.03.16 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla