Yuxarı

Sərkisyan və Ermənistanı ifşa edən - Görüş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərkisyan və Ermənistanı ifşa edən - Görüş

Azərbaycan prezidentinin Fransa səfəri çox müsbət çalarlarla yadda qaldı.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Fransa səfərini şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, ölkə başçısının bütün böyük iqtisadi layihələri həyata keçirən fransalı biznes qurumları ilə görüş zamanı Dağlıq Qarabağ məsələsini əsas problemlərdən biri kimi qoyması və bu fonda verdiyi bəyanatlar öz sözünü deyəcək:

“Prezident İlham Əliyev Ollandla görüşdə Ermənistana qoyulacaq investisiya ilə bağlı Sərkisyanın verdiyi yalançı mesajların qarşısını aldı. Sərkisyan əvvəllər də Ollandla görüşdə Dağlıq Qarabağ istiqamətində tərəfdaşlıq müqaviləsinin imzalanmasında hər bir millətin öz müqəddaratının həll olunmasını ortaya atmışdı. Məhz Azərbaycan prezidentinin konkret bəyanatları Fransada Azərbaycanın ərazi bütövlüyünü əsas məsələ kimi ortaya qoydu. Baxmayaraq ki, Olland bir müddətdən sonra prezidentlik postunu tərk edəcək. Ümumiyyətlə, müsbət haldır ki, Azərbaycan prezidenti birbaşa təmasda olduğu hər bir qurumla Dağlıq Qarabağ məsələsini, Ermənistanda bugünkü durumu ortaya qoydu. Hesab edirəm ki, bölgədə hökm sürən indiki gərgin vəziyyət fonunda ölkə başçısının görüş və bəyanatları Dağlıq Qarabağ münaqişəsinin çözülməsində müəyyən irəliləyişə aparacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 13-də Fransaya səfər edib və Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə mühüm görüşlər keçirib. Ölkə başçısı martın 14-də isə Parisdə, Yelisey Sarayında Fransa Prezidenti Fransua Ollandla görüşüb. Görüşün yekununda iki ölkə arasında istisadi sahədə bir sıra sənədlər imzalanıb.

Tarix
2017.03.16 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

İran nə etdi ki, ABŞ zərbələrə başladı? - Mühüm

İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş?

XİN başçısından TRİPP-lə bağlı açıqlama

NATO-nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? - General

Berdiməhəmmədov azərbaycanlı nazirlə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla