Yuxarı

Bakı ilə əməkdaşlıq etməyə borcluyuq - Vuyanoviç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz “Cənub Qaz Dəhlizi” layihəsinin sürətləndirilməsində maraqlıyıq. Bu layihə Adriatik məkanı üçün böyük əhəmiyyət kəsb edir və iqtisadi əməkdaşlığın əsas komponentidir. Biz bu istiqamətdə səylərimizi davam etdirməyə hazırıq.

Axar.az xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Beşinci Qlobal Bakı Forumunda iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviç bildirib.

Dünyadakı mövcud problemlərin yalnız dialoq yolu ilə həll edilə biləcəyini söyləyən Prezident Filip Vuyanoviç BMT-nin bu istiqamətdə rolunun daha da güclüləndirilməsinin, beynəlxalq cəmiyyətə töhfələrinin artırılmalısının əhəmiyyətinə toxunub.

Filip Vuyanoviç Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Azərbaycan ilə Monteneqro arasında səmərəli əlaqələrdən danışan Filip Vuyanoviç dövlətimizin başçısı İlham Əliyevin dəstəyi ilə bir çox layihələrin həyata keçirildiyini diqqətə çatdıraraq deyib: “Prezident İlham Əliyev təbii sərvətlərimizdən səmərəli istifadə etmək üçün böyük işlər görüb. Biz də daha səmərəli iqtisadi əlaqələrin təmin olunması üçün Azərbaycanla əməkdaşlıq etməyə borcluyuq. Bizim hərtərəfli münasibətlərimiz durmadan inkişafdadır. Ölkələrimiz arasında əlaqələr artıq turizm sahəsini də əhatə edir. Müştərək istirahət mərkəzlərinin tikilməsi, biznesmenlərin birgə fəaliyyət göstərməsi qarşılıqlı əməkdaşlığımızın təzahürüdür. Əlaqələrimizin hazırki səviyyəsindən məmnunam. Monteneqro Avropada etibarlı tərəfdaşdır və Azərbaycanın strateji tərəfdaşıdır”.

Tarix
2017.03.16 / 19:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla