Yuxarı

Zakir Həsənov yenə kadr dəyişikliyi etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər Respublika Hərbi Komissarlığının Biləcəri Toplanış məntəqəsində çağırış məntəqəsində çalışan polkovnik Hikmət Xalıqov Müdafiə Nazirliyinin Təşkilat Səfərbərlik İdarəsinin rəis müavini təyin edilib.

Bu barədə məlumatı hərbi ekspert Üzeyir Cəfərov verib. "Axar.az" xəbər verir ki, bu vəzifəni general-leytenant Yaşar Aydəmirov icra edirdi.

Hərbi Nəşriyyatının rəisi, sabiq hərbi komissarlıq işçisi istefada olan polkovnik Pənah Abdullayev də tutduğu vəzifədən azad edilib. Onun yerinə isə, Binə Aeroportunun Hərbi Komendantlığında çalışan polkovnik-leytenant Rəşad Abuzərov təyin olunub.

R.Abuzərov C.Naxçıvanski adına Hərbi Litseydə xidmət keçib. O, HHQ və HHM qoşunlarının sabiq komandanı general Rail Rzayevin bu yaxınlarda MN-də vəzifəyə təyin edilmiş qardaşı Rəfayel Rzayevin Binə Aeroportunda köməkçisi işləyib.

Müdafiə Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib

Zakir Həsənovun sərəncamı ilə nazirliyin Kəşfiyyat İdarəsinin rəisi general-mayor Rəhim Cəfərov tutduğu vəzifədən uzaqlaşdırılıb və o, sərəncama göndərilib.

R.Cəfərov bu vəzifədə 2004-cü ildən xidmət edib. O, ötən il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı təltif edilmişdi.

Qeyd edək ki, ondan əvvəl isə bu idarəyə general-leytenant Talıb Məmmədov rəhbərlik edib (Aznews.az).

Tarix
2013.11.13 / 10:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla