Yuxarı

Bu əməliyyatlar vergidən azad olunsun – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu əməliyyatlar vergidən azad olunsun – Millət vəkili

Bu gün Milli Məclisdə Azərbaycan Respublikası Hökumətinin 2016-cı hesabatının müzakirəsi zamanı orqan köçürülməsi əməliyyatları da müzakirə edilib.

Axar.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva qaraciyər, böyrək və s daxil olmaqla, orqan köçürülməsi əməliyyatlarının dünyanın hər yerində olduğu kimi, bizdə də baha olduğunu xatırladıb. Bildirib ki, icbari tibbi sığortanın pilot şəklində tətbiqinə hələ indi başlanıldığını nəzərə alaraq, orqan köçürülməsi əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müsbət addım olardı:
“Bu insanların sayı o qədər də çox deyil ki, dövlət büdcəsi üçün orqan köçürülməsinin əlavə dəyər vergisindən azad edilməsi böyük problem yaratsın. Amma 18 faiz əlavə dəyər vergisinin götürülməsi əməliyyatların qiymətini kifayət qədər aşağı sala bilər ki, bu da əməliyyata təcili ehtiyacı olan ailələr üçün böyük dəstəkdir”.

Qənirə Paşayeva müvafiq qurumların bu məsələyə həssas yanaşacağına inandığını da deyib.

Tarix
2017.03.17 / 22:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

İrəvan Qarabağdan köçənlərə pul ayırdı

Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

Bu, Şuşa Bəyannaməsinin geostrateji əhəmiyyətini artırır

Araz Nəsirov vəzifəsindən azad olundu

Azərbaycan 19 ölkənin adından çağırış etdi

Türkiyə ilə İsrail arasında münaqişə olsa... - Tramp

Azərbaycanla bu ölkə arasında ilk məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla