Yuxarı

Mikayıl Cabbarov özünə yeni müşavir təyin etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mikayıl Cabbarov özünə yeni müşavir təyin etdi

Təhsil Nazirliyində növbəti kadr dəyişikliyi aparılıb.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri Ağababa İbrahimov vəzifəsindən azad edilib.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bu xəbəri açıqlamasında təsdiqləyən A.İbrahimov qeyd edib ki, təhsil nazirinin əmri ilə şöbə müdiri vəzifəsindən çıxarılaraq nazirin müşaviri təyin olunub: "Hazırda təhsil nazirinin 3 müşaviri var – mən, Hüseyn Əliyev və İlham Pirməmmədov. Təhsil nazirinin müşaviri Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rektor təyin olunandan sonra müşavir vəzifəsinə təyin olundum və bu işin icrasına başladım. İndi əsas diqqətimi təhsilin bütün pillələri üzrə təkliflərin hazırlanmasına yönəltmişəm".

A.İbrahimov əlavə edib ki, hazırda təhsil nazirinin digər müşaviri Hüseyn Əliyev həm də nazirliyin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi vəzifəsini icra edir.

Tarix
2014.04.25 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla