Yuxarı

Müdafiə naziri: "Ordumuz dağıdıcı silahlarla təmin olunur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sizin rəhbərliyiniz ilə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar nəticəsində ordu yeni, müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunur.

Axar.az xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə söyləyib.

Nazir ordunun döyüş hazırlığının gündən-günə artdığını, mənəvi–psixoloji durumunun yüksək səviyyədə olduğunu deyib: "Xüsusi qeyd etmək istəyirəm ki, sosial bazanın möhkəmlənməsi istiqamətində böyük işlər görülmüşdür. Yeni, müasir, işıqlı hərbi şəhərciklər şəxsi heyətin istifadəsinə verilmişdir. Zabit və gizirlər həm xidməti, həm də daimi mənzillərlə - mindən çox mənzillə təmin olunmuşlar. Mən xüsusi qeyd etmək istəyirəm ki, Sizin tapşırığınızla biz “Açıq qapı” günü keçirmişik. İcazə verin valideynlərin xahişini Sizə çatdırım. Onlar dərin minnətdarlıqlarını bildirirlər ki, hərbi qulluqçular üçün belə yüksək səviyyədə şərait yaradılıb və təminat yüksək səviyyədədir.

Möhtərəm cənab Prezident, Silahlı Qüvvələrin şəxsi heyəti Sizin diqqət və qayğınızı daim hiss edir və buna görə Sizə dərin minnətdarlığını bildirir. Silahlı Qüvvələr Sizin əmr və göstərişlərinizi hər an yerinə yetirməyə hazırdır və qadirdir. Sağ olun cənab Prezident".

Tarix
2017.03.31 / 15:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sərhəd xidmətlərini eyni vaxtda yerləşdirəcək

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla