Yuxarı

“Azercell” abunəçilərini aldadan fırıldaqçılar peyda olub

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell” abunəçilərini aldadan fırıldaqçılar peyda olub

"Azercell" abunəçilərini aldadan fırıldaqçılar peyda olub.

Bu barədə adıçəkilən mobil operatorun istifadəçiləri "Axar.az"a məlumat verib. Aldadılan abonentlərin əsasən "Azercell"in abunə xidmətindən istifadə edənlər olduğu qeyd edilir.

Fırıldaqçılar xidmətlərində olan, ancaq başqa adamın adına qeydiyyata alınmış nömrələrdən (sonradan nömrə ilə onları rahat tapmaq mümkün olmasın deyə) fakturalı xətt nömrələrinə sms yazaraq, onların balansına müxtəlif məbləğdə pul yükləndiyi bildirişini göndərirlər. Mesajın mətni bir nömrədən digərinə kontur yüklənən zaman "Azercell" şirkətindən gələn mesajla tam eynilik təşkil edir. Azacıq diqqətsizlik etmək kifayətdir ki, aldanasan. Belə ki, həqiqətən balansa pul yüklənilməsi barədə mesaj alarkən mesaj "Azercell" ünvanından gəlir. Göz aldanışı ilə "Azercell"dən gələn mesajlara vərdiş etmiş abonentlər isə bəzun mesajın mətninə baxır, "göndərən" ünvanın kimliyinə diqqət etmir və beləliklə də fırıldağın qurbanına çevrilirlər.

"Sim" nömrələrdən fərqli olaraq, fakturalı xətt nömrələrinin balansından istənilən zaman pul köçürməsini həyata keçirmək mümkün olduğu üçün fırıldaqçılar mesaj göndərdikləri abonentə zəng edərək, guya "yanlış olaraq" onların balansına pul köçürdüklərini bildirir və məbləğin geri göndərilməsini xahiş edirlər.

Fırıldaq nəticəsində ziyana düşən abonentlər telefonlarına gələn mesajların əslində kontur yükləməsi barəsində "Azercell"in göndərdiyi məlumat olmadığını və fırıldağın qurbanı olduğunu bildikdə artıq gec olur. SMS gələn nömrələrdən onların zənglərinə və mesajlarına cavab verilmir və aldanmış nömrələr fırıldaqçılar tərəfindən filtrləmə vasitəsi ilə qadağan olunmuş zənglər siyahısına əlavə edilir.

Mövzunu davam etdirəcəyik.

Tarix
2014.04.29 / 09:59
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla