Yuxarı

Naxçıvanda təhsil işçilərinin həbsinin şok - Təfərrüatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda təhsil işçilərinin həbsinin şok - Təfərrüatı

Naxçıvanın Sədərək qəsəbəsində yeni direktora etiraz edən müəllimlərin həbsi ilə bağlı yeni təfərrüatlar bəlli olub.

"Axar.az" "Xeberdar.az"a istinadla bildirir ki, Sədərəkdə müəllimlərin həbs olunmasına, diplomlarının əlindən alınmasına, onların işdən çıxarılmasına səbəb olan bir nömrəli məktəbə yeni direktor təyin olunan Gülnarə Hüseynovadır. Naxcıvan MR Təhsil nazirinin Gülnarə Hüseynovanı bu məktəbə direktor təyin etməsinə etiraz edən müəllimlər mitinq keçirmək istəyiblər.

Nəticədə Sədərək rayon Təhsil şöbəsinin müdiri Nadir Quliyev, Təhsil şöbəsinin əməkdaşı Fəxrəddin Qasımov, adları Hüseyn, Amil və Cəfərov Faiq olan müəllimlər həbs olunub. Təhsil şöbəsinin müdiri 20 gün, əməkdaşı 15 günlük həbs cəzası alıb.

Eyni zamanda, Nadir Quliyev və Fəxrəddin Qasımovun diplomları 5 il müddətinə ləğv olunub. Onlar heç bir yerdə fəaliyyət göstərə bilməzlər. Adları çəkilən digər müəllimlər isə hər biri 15 gün müddətinə azadlıqdan məhrum olmaqla yanaşı, 4 ay müddətinə işdən azad olunublar.


Qeyd edək ki, əldə olunan maraqlı faktlardan biri də Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Natiq Əliyevlə bağlıdır. Onun həyat yoldaşı da həmin məktəbdə müəllimə işlədiyi üçün Natiq Əliyev vəzifəsindən azad olunub.

Tarix
2014.04.30 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla