Yuxarı

Əli Hüseynov: "Leyla Yunus yüzminləri nağdlaşdırıb..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun xarici donorların ayırdığı maliyyə vəsaitini hansı yolla qəbul etdiyi məlum olub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Sülh və Demokratiya İnstitutunun (SDİ) qeydiyyatdan keçməməsi səbəbindən "Transparency İnternational" təşkilatının Azərbaycandakı milli bölməsi olan "Şəffaflıq Azərbaycan" İctimai Birliyi (İB) SDİ-nin tərəfdaşı kimi çıxış edib və xarici donorların L. Yunus üçün ayırdığı vəsaitin bir hissəsi müxtəlif vaxtlarda "Şəffaflıq Azərbaycan" İB-nin hesabına köçürülüb.

L. Yunus isə sonradan həmin vəsaiti nağdlaşdırıb.

Qeyd edək ki, bu gün Milli Məclisin iclasında da "Şəffaflıq Azərbaycan" İB-nin fəaliyyəti müzakirə olunub. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Şəffaflıq Azərbaycan" İB-nin boykot edilməsi təklifi ilə çıxış edib.

O bildirib ki, bu günlərdə Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında "Şəffaflıq Azərbaycan" İB-nin icraçı direktoru Rəna Səfərəliyevanın özü də iştirak edib: "Hesab edirəm ki, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidir".

Rəna Səfərəliyeva isə açıqlamasında bu iddia ilə razılaşmayaraq, 100 minlərlə manat vəsaitin nağdlaşdırılması prosesində iştirak etmədiyini bildirib.

Tarix
2014.05.02 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla