Yuxarı

Türkiyə Rusiyanın qorxusundan Elçibəyə yardım etmədi - Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə hər zaman türk ölkələrinə qarşı çəkingən və ürkək siyasət yeridib".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Kəlbəcərin işğalı zamanı Türkiyənin məhz Rusiyaya görə Azərbaycana yardım etmədiyini bildirib:

"Kəlbəcərin işğalı vədəsində doğrudan da ekstremal vəziyyət yaranmışdı. Əsas məsələ ondan ibarət idi ki, ordumuz pərakəndə halda geriyə çəkilirdi. Bu, ermənilərin sayəsində baş vermirdi. Sadəcə olaraq, rus komandosları Kəlbəcərin işğalı əməliyyatında yaxından iştirak edirdilər. Ona görə də orada həm ordunun təşkil olunmasında, həm də əhalinin daşınmasında problemlər yaranırdı. Həqiqətən o zaman prezident Əbülfəz Elçibəy Süleyman Dəmirələ müraciət edərək ondan iki vertolyot istəmişdi ki, mülki əhalini işğala məruz qalmış bölgələrdən çıxarsın. Süleyman Dəmirəl isə əvəzində demişdi ki, biz sizə bir patron belə versək, bu, Rusiyanın qəzəbinə səbəb olar və münasibətləri kökündən zədələyər. Açıq-aşkar demişdi ki, biz Rusiyadan çəkinirik. Bu da o zaman böyük Türkiyəpərəst olan Elçibəyi məyus etmişdi".

Politoloq Heydər Əliyev zamanında belə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək inkişaf etmədiyini söyləyib:

"Heydər Əliyev zamanında münasibətlər yaxşılaşdı. Amma bu, iki fərd arasında münasibətlərin yaxşılaşması idi. Dövlətlərarası əlaqələrdə inkişaf o qədər də irəli getmədi. Yəni iki şəxs arasındakı münasibətlər əla idi. Onun bizim ölkələr arasındakı əlaqələrə sirayət etməsi alınmadı. Münasibətlər inkişaf edirdi, amma hərbi sazişin imzalanması səviyyəsinə gəlib çatmadı".

Q.Hüseynli Türkiyənin hər zaman ürkək siyasət yeritdiyini deyib:

"Türkiyədəki NATO dairələri Azərbaycanla münasibətlərin inkişafına mane olurdu. Çünki Türkiyə ilə hərbi müqavilənin imzalanması üçün NATO-nun bütün dövlətlərinin icazəsi olmalı idi. İkincisi isə Türkiyənin risk etməmək istəyi ilə bağlı idi. Türkiyə həmişə xarici siyasətində ürkək olub. O, Atatürkün "yurdda sülh, cahanda sülh" prinsipi ilə hərəkət etməyə çalışıb. Buna görə də Türkiyənin xarici siyasəti heç zaman hücumçu olmayıb. Elə türk ölkələrinə qarşı da çəkingən və ürkək siyasət yerinə yetiriblər".

Politoloq məhz Qərbin yarıtmaz siyasəti nəticəsində Rusiyanın yenidən gücləndiyini qeyd edib:

"Sözdə hər şey yaxşı idi. Qərb Azərbaycana canıyananlıq göstərirdi, haqlı olduğunu deyirdi. Amma əmələ gəldikdə konkret fəaliyyət yox idi. Bəli, 90-cı illərdə Amerika ciddi səhvə yol verdi. Guya nüvə silahının olduğunu bəhanə gətirərək, Rusiyanın parçalanmasının qarşısını alan hərəkətlər etdi. Çeçen müqavimət hərəkatının yatırılmasında ABŞ böyük rol oynadı. Dudayevin öldürülməsinin bəlkə də birinci baiskarı onlar idi. Tatarıstan xeyli dərəcədə müstəqillik əldə etmişdi. Başqırdıstan isə onun yoluyla gedirdi. Belə olan zamanda isə ABŞ Rusiyanın parçalanmasından çox onun qorunmasına müəyyən dəstək verdi. Sonralar da bundan istifadə etdilər".

Tarix
2014.05.03 / 08:50
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla