Yuxarı

"Mir Şahinin açıqlaması məndə gülüş doğurdu"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin həmin kanalın radiosunda efirə gedən "Qafqaz Top 10" verilişində erməni mahnısının verilməsinə haqq qazandırması təəssüfedicidir və bu, məndə gülüş doğurur".

Bunu Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Mirşahin Ağayevin "ANS nə edirsə, düz edir" fikirlərinə cavabında deyib. ANS-in vitse-prezidentinin "Milli Televiziya və Radio Şurasını anlayıram. Ona görə ki, biz Şuranı məhkəməyə vermişik və qurum əsəbidir" sözlərinə isə Şura sədrinin cavabı belə olub: "Bu ANS kanalının iş üslubudur və onlardan bundan artıq heç nə gözləmirəm. ANS öz nöqsanını gizlətmək üçün ucuz vasitələrdən istifadə edir. Bu təəssüfedici bir haldır".

O qeyd edib ki, MTRŞ dövlət qurumudur və Şuranın bütün işləri də dövlət tərəfindən onlara verilən səlahiyyət çərçivəsində həyata keçirilir: "Biz bununla bağlı öz sözümüzü qurum olaraq, ictimaiyyətin diqqətinə çatdırımışıq. Bilirsiniz, erməni mahnısının Azərbaycan tele-radio məkanında səsləndirməsi cəmiyyət tərəfindən haqlı olaraq narazılıqla qarşılanır".

N.Məhərrəmli əlavə edib ki, ANS ÇM radiosunda erməni mahnısının verilməsi və bunun ANS-in "mədəniyyətin sərhədi olmur" kimi təqdim etməsi normal düşüncə deyil və absurddur: "Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir. Bu məntiqə görə, gərək Azərbaycan teatrlarında da erməni əsəri tamaşaya qoyulsun, ölkəmizin sərgilərində isə erməninin hazırladığı incəsənət nümunələri nümayiş etdirilsin. Hesab edirəm ki, bu düşüncə və yanaşma yanlışdır". /Aznews.az/

Tarix
2014.05.03 / 11:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla