Yuxarı

“Burada 30 mindən çox erməni, 90 mindən çox erməni uşağı var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu məsələdə ANS ÇM-in üzərinə gedilməsinin tamamilə əleyhinəyəm".

Bu sözləri "Axar.az"a millət vəkili Zahid Oruc ANS ÇM-in efirində yayımlanan "Qafqaz top 20" verilişində erməni musiqilərinin səslənməsi barədə danışarkən dedi.

Millət vəkili bu məsələdə ANS-in vitse-prezidenti Mir Şahin Ağayevin fikirləri ilə həmrəy olduğunu bildirdi:

"Mənim bu məsələyə yanaşmam Mir Şahin bəyin dünən ANS-in efirdən söylədiyi fikirlərə prinsipcə yaxındır. Mən düşünmürəm ki, azərbaycanlılar erməni mədəniyyətinə, onların adı ilə bağlı olan hər hansısa məsələyə qarşı çıxmaq kompleksi yaşayır. Sadəcə, insanlar bütövlükdə müharibə sona çatmadan, torpaqlar işğaldan azad olunmadan ermənilərlə bu və ya digər əlaqə, əməkdaşlığı qəbul edə bilmir. İnsanlar bunun unutqanlıq yaradacağından ehtiyat edir. Bunun sonradan Çənbərəkənd qəbiristanlığının üzərindən salınmış asfaltın təkrarına çevrilməsini istəmir. Bu qorxu əslində anlaşılan və başa düşüləndir".

Deputat özü erməni musiqilərini dinləməsə də qeyd edir ki: "Bir erməni musiqinin Azərbaycan mədəniyyətini və heysiyyətini aşağıladığını düşünmürəm. ANS ÇM-in efirində yayımlanan həmin verilişi dinləməmişəm, nə vaxtsa qarşıma çıxsa da dinləmərəm. Hər kəs musiqini öz zövqünə uyğun seçir. Zorla kiməsə nəyisə təlqin etmək mümkün deyil".

Z.Orucun fikrincə, bu gün dünyada klassik savaş modelləri canını tapşırıb. Önəmli məsələ mədəniyyətlərin davasıdır ki, bu da çox böyük istilah silahıdır, təfəkkürlərin tutulmasıdır: "ANS ÇM-in tez-tez erməni musiqiləri verməsi ölkənin informasiya məkanını erməniçiliyə bağlamır. Biz bununla onların haqqını tanıdığımızı göstəririk. Dünyaya bununla humanizm mesajı veririk. Əgər biz iki ölkə arasındakı problemli məsələni səngərdə həll etmiriksə, bu şəkildə aradan qaldırmağa çalışmaq daha yaxşıdır".

Qulaq asaram görüm nə oxuyur bunlar?

Qarabağlı millət vəkili Aqil Abbas bu məsələnin bu qədər böyüdülməsinin əleyhinədir: "Mən bir qarabağlı kimi buna çoxdan münasibət bildirmək istəyirdim. Bu məsələ bu qədər şişirdilməməlidir. Niyə unudursunuz ki, Azərbaycanda təkcə azərbaycanlılar yaşamır. Burada 30 mindən çox erməni var. 90 mindən çox da ermənidən doğulan uşaq. Bunları niyə nəzərə almırlar?".

A.Abbas qeyd edir ki, onun üçün erməni musiqilərini dinləmək maraqlı olardı: "Radio dinləmədiyim üçün sözügedən verilişdə səslənən musiqiləri də eşitməmişəm. Ancaq qarşıma çıxsa dinləyərəm. Bir qulaq asaram, görüm, necədir, nə oxuyur bunlar? Öz mahnılarıdır, ya yenə bizdən nə isə oğurlayıblar? Elə televizorda da görsəm çevirmərəm. Əksinə diqqətlə baxaram. Qafqaz musiqiləri bir-birinə çox oxşayır. Milli rəqslərimiz, musiqilərimiz çox bənzərdir. Bir regionun insanlarıyıq hamımız. Eyni havanı uduruq hamımız".

Millət vəkili əlavə edir ki, ANS ÇM-də erməni musiqisinin səslənməsinə etiraz edənlər Azərbaycan Dövlət Radiosundakı erməni dilində verilişlərə də etiraz etsinlər: "Azərbaycan Dövlət Radiosu illərdir erməni dilində verilişlər verir. Narazılıq edənlər buna da etirazlarını bildirsinlər də. Erməni musiqisinin radioda yayımlanmasını sevmirlərsə, bu dildə olan verilişə niyə etiraz etmirlər? Burada heç bir faciəvi şey yoxdur".

A.Abbasın fikrincə, ANS ÇM-də erməni musiqilərinin səslənməsi onların işinə heç bir xələl gətirmir: "ANS-in bu ölkə üçün xüsusi xidmətləri olub və davam edir. Qarabağ haqqında ən dəyərli filmləri, materialları, verilişləri onlar hazırlayır. Bu onların uğurudur".

Burada heç bir anormallıq yoxdur

Media eksperti Qulu Məhərrəmli də mədəniyyətlərin, musiqilərin sərhəd tanımadığını deyir: "Hindistanla Pakistan arasında Kəşmir uğrunda 50 ilə yaxındır müharibə gedir. Lakin İslamabad küçələrində indi də hind mahnıları oxudurlar. Mədəniyyət üçün sərhəd yoxdur. Musiqi bir dəyərdir. Onu dinləmək mədəniyyəti var. Həmin mahnıların kökünün Azərbaycana, ya ermənilərə bağlı olduğunu da bilmirik. Cənubi Qafqazda xalqlar bir-biri ilə daim sıx əlaqədə olub və bu şəkildə də yaşayıb, bir-birindən bəhrələnib. Ancaq istənilən halda burada heç bir anormallıq yoxdur. Bunu qəti şəkildə pisləmək, qadağan etmək doğru deyil".

Qeyd edək ki, "Qafqaz top 20" musiqili verilişi ANS ÇM radiosunda hər həftənin şənbə günləri saat 19.00 və 20.00 arası efirə gedir və burada Çeçenistan, Gürcüstan, Kabardin-Balkar, İnquşetiya, Dağıstan və digər Qafqaz respublikalarının mahnıları ilə yanaşı ermənistanlı ifaçının da mahnısı səsləndirilir.

Tarix
2014.05.03 / 18:44
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla