Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Fevral 2019


ABŞ-da Dağlıq Qarabağ münaqişəsindən danışdılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Azərbaycan Konvensiyası yekunlaşıb.

Məlumata görə, ABŞ-Azərbaycan Konvensiyasi 2 ölkə arasında mühüm əməkdaslıq sahələrində - siyasi, iqtisadi, humanitar, təhlükəsizlik sahələrində səmimi muzakirəsi üçün imkan yaradıb.

Tədbir Azərbaycan həqiqətlərinin, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin ABŞ-ın siyasi, ictimai dairələrinə çatdırılması üçün mötəbər platforma olub.

Qafqazın Şeyxi Allahşükür Paşazadə: "Qafqaz regionunun həllini tapmayan problemlərindən biri də Azərbaycanın 20 ildən bəri üzləşdiyi, ərazisinin 20 faizinin erməni qəsbkarları tərəfindən işğal olunması və 1 milyon insanımızın etnik təmizləmə siyasətinə məruz qaldığı Qarabağ münaqişəsidir. İşğal olunmuş ərazilərimizdə müsəlman, xristian və yəhudi dini abidələri dağıdılıb. Bu isə dinlərarası qarşıdurma təhlükəsinə yol aça bilər".

Konvensiyanin işində çıxış edən amerikali qonaqlar Azərbaycan-ABŞ əlaqələrinin Ukrayna hadisələri fonunda əhəmiyyətinin daha da artdığını vurğuladılar.

Texas senatının nümayəndəsi Dennis Kec: "Azərbaycan ABŞ üçün strateji əhəmiyyətə malikdir. ABŞ heç şubhəsiz ki, Azərbaycanın gözəl partnyorudur. Biz basa düşürük ki, Azərbaycanın yerləşdiyi yer dünyanın çətin bölgələrindəndir. Bizim möhkəm ikitərəfli əlaqələrə malik olmağımız hər iki ölkə üçün vacibdir, belə ki, bölgədə və dünyada sülh və sabitliyə xidmət edir. Mənim 2 il əvvəl ABŞ-dan olan siyasətçilərlə birgə Azərbaycana səfər etmək imkanım olub. Bu, sözün əsl mənasında gözləri açan bir səfər oldu".

Tədbirdə çıxış edən ABS-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ikitərəfli əlaqələrdə yaranan böhranlı məqamlara da toxundu. Amerika səfiri Ukraynada vəziyyətin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini göstərdiyini deyərək, Azərbaycan və Ermənistan prezidentlərinin münaqişənin nizamlanması məqsədilə konkret addımların atılması üçün birgə işləməli olduğunu və bunun Rusiyanın tam əməkdaşlığı olmadan çətin olacağını bildirdi.

Çıxış eden Konvensiya uzvləri yerləşdiyi çətin qonşuluqda Azərbaycanın strateji partnyor rolundan razılıq ifadə etdilər.

Beləliklə, sayca 3-cu olan Azərbaycan-ABŞ Konvensiyasi ölkənin regionda artmaqda olan nüfuzunun daha bir göstəricisi oldu. /ANS/

Tarix
2014.05.03 / 23:34
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ərdoğan-Tramp razılaşması nə vəd edir? – Şərh

Paşinyan ABŞ-ın planına zərbə vurdu – Cavabı ağır olacaq

Bu sahəyə mütləq xarici sərmayə gəlməlidir – İqtisadçı

Fuad Abbasov: Məni hər an öldürə bilərlər - Video

Bakıdan öyrənəcəyimiz çox şey var - Əfqan general

Bu seriallar bizi çox narahat edir - MTRŞ sədri

Biz bu dəhşətli aktın qisasını öz əməlimizlə alacağıq - Rektor

Mərakeş mediası: Bakı bu foruma hazırlaşır

Azərbaycan konfetləri Ermənistanda... - Foto

Ermənilərin adekvat olmayan reaksiyaları

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla