Yuxarı

Ermənilər haqlıdır: Vuracağıq, cavab versələr... - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun Ermənistana məxsus OSA zenit-raket kompleksini ekipajı ilə birgə məhv etməsi İrəvanda ciddi panikaya səbəb olub.

Axar.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu rus və erməni mediasında tirajlanan bu səpkili yazılara diqqət çəkib. Politoloq bildirib ki, Ermənistanda “Ağdam səmasında helikopterimizi vurdular, 3 hərbçimizi itirdik, əvəzini çıxmadıq. Bu dəfə də əvəzini çıxmasaq, qarşı tərəfdə ruh yüksəkliyi artacaq” deyə iddialar səsləndirilir: “Maraqlıdır ki, “daha çox azərbaycanlı hərbçi öldürməliyik” fikirlərini Rusiya mediası da tirajlayır”.

E.Şahinoğlu daha sonra ermənilərin haqlı olduğunu bildirib: “Haqlıdırlar, biz vurmaqda davam edəcəyik, əvəzini çıxmağı bacarsalar da, bacarmasalar da, yenə vuracağıq, başqa alternativimiz yoxdur. Torpaqlarımızı işğal etməklə həyatımızı zəhərə çevirdilər, demək, onların həyatı bizimkindən də betər olmalıdır”.

Qeyd edək ki, ötən gecə Ermənistan ordusu Azərbaycanın sərhədyanı yaşayış məntəqələrini (Ağdam və Tərtər istiqamətində) atəşə tutub və bu zərbənin görüntüsünü yayıb. Azərbaycan Müdafiə Nazirliyi isə yaşayış məntəqələrinin vurulduğunu təsdiqləyən videonun erməni təxribatının daha bir sübutu olduğunu bildirib və iddiaların əksinə olaraq, Azərbaycanın heç bir itki vermədiyini, düşmənin susdurulduğunu açıqlayıb.

Tarix
2017.05.17 / 22:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla