Yuxarı

İşdən çıxarılanlara müavinət bu qaydada veriləcək - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşdən çıxarılanlara müavinət bu qaydada veriləcək - Video

Milli Məclisin yaz sessiyasının son plenar iclası keçirilib.

Xəzər xəbər-in məlumatına görə, iclasda əsas mövzu ötən ilin dövlət büdcəsinin icrası olub. Müzakirələr zamanı qeyd edilib ki, 2016-ci ildə dövlət büdcəsinin gəlirləri 104,1% icra edilib.

Millət vəkilləri bildirib ki, neftin ucuzlasmasına və xarici risklərə baxmayaraq dövlət büdcəsi üzrə vəzifə və öhdəliklər tam yerinə yetirilib. Xarici dövlət borclarının da qaytarılmasında heç bir problem yaşanmır.

Bəzi deputatlar dövlət büdcəsinə qənaət etmək üçün səhiyyə sektorunun, xüsusilə dövlət xəstəxanalarının və poliklinikaların özəlləşdirilməsini təklif edib. Qeyd edilib ki, ötən il büdcədən bu müəssisələrin saxlanılmasına 450 milyon manata yaxın vəsait ayrılıb.

Maliyyə naziri Samir Şərifov təklifə həssas yanaşılmasının vacibliyini vurğulayıb.

İclasda Əmək Məcəlləsinə də bir sıra dəyişikilklər edilib. Dəyişikliklə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarliq edərkən onların stajinı da nəzərə alacaq.

Bundan əlavə, isçinin 1 ilədək əmək staji olduqda ona orta aylıq əmək haqqı miqdarında, 1 ildən 5 ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında, 5 ildən 10 ilədək stajı olduqda 1,7 misli miqdarında, 10 ildən çox stajı olduqda azı 2 misli miqdarında müavinət ödəniləcək.

Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi zamanı millət vəkilləri özəl çimərliklərlə bağlı vəziyyəti də kəskin tənqid ediblər.

Torpaq Məcəlləsində müəyyən qaranlıq məqamlar olduğuna görə növbədənkənar iclasa kimi saxlanılıb. Digər 36 qanun layihələri səsə qoyularaq qəbul edilib. Bununla da Milli Məclisin yaz sessiyası başa çatıb.

Tarix
2017.06.01 / 00:55
Müəllif
Axar.az
Digər xəbərlər

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla