Yuxarı

Məşhur azərbaycanlı alim vəfat etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur azərbaycanlı alim vəfat etdi

Bu gün Azərbaycan dilçilik elminin nüfuzlu simalarından olan professor, filologiya elmlər doktoru Yusif Seyidov dünyasını dəyişib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə alim bu gün səhər 84 yaşında vəfat edib.

"Azərbaycan Dövlət mükafatı" laureatı olan Yusif Seyidov Bakı Dövlət Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və onun tədris metodikası kafedrasının əsasını qoyaraq, 1965-ci ildən dünənə qədər oranın rəhbəri olub. Tənqidçi və ədəbiyyatşünas kimi də tanınan Yusif Seyidov Azərbaycan ədəbiyyatşünaslığı və dilçilik elminin tarixində bir sıra sanballı əsərlərə imza atıb.

1929-cü ildə Naxçıvan MR-ın Şərur rayonunda anadan olmuş Y.Seyidov gənc kadr kimi 1967-ci ildə professor adını qazanıb. Azərbaycan dilinin sintaksisi öz inkişaf meyarlarına görə məhz, Yusif Seyidova minnətdardır.

Tarix
2013.11.18 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla