Yuxarı

Ramil Usubov prezidentə təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün şəxsi heyətimiz öz xalqına, vətəninə, ümummilli lider Heydər Əliyevin müqəddəs ideallarına, Prezident İlham Əliyevin göstəriş və əmrlərinə, mövcud qanunlarımıza yüksək sədaqət nümunəsi göstərir və bunu fəaliyyətinin əsas prioriteti sayır.

Azvision.az-ın xəbərinə görə, bunu Azərbaycanın daxili işlər naziri Ramil Usubov “Azərbaycan” qəzetinə müsahibəsində deyib. Nazir vurğulayıb ki, ümumilkdə, müstəqillik illərində qanunla müəyyən edilmiş vəzifələrin icrasında fərqləndiklərinə və xüsusi xidmətlərinə görə, daxili işlər orqanlarının 1272 əməkdaşı və hərbi qulluqçusu dövlət mükafatlarına layiq görülüb:

“Bu peşə bayramı ərəfəsində də möhtərəm Prezidentin sərəncamları ilə 35 əməkdaş “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib, rəhbər vəzifəli 4 şəxsə ali xüsusi rütbə verilib.

Bizi xidməti vəzifələrin icrasına daha məsul yanaşmağa və daha yaxşı işləməyə sövq edən bu mükafatları bütün şəxsi heyətin əməyinə verilən ali dəyər kimi qəbul edir və daxili işlər orqanlarının çoxminli kollektivi adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirirəm.

Cənab Prezidenti və xalqımızı əmin edirəm ki, ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunması, bu sahədə müsbət dinamikanın qorunub saxlanılması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və qarşıya qoyulmuş digər mühüm tapşırıqlar tam həcmdə, keyfiyyətlə və vaxtında yerinə yetirləcək, davamlı inkişaf və təkmilləşmə gələcək fəaliyyətimizin başlıca istiqamətləri olaraq ardıcıllıqla həyata keçiriləcəkdir”.

Qeyd edək ki, Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə Daxili işlər naziri general-polkovnik Ramil Usubovun oğlu polis polkovniki Emil Usubova general-mayor rütbəsi verilib.

Tarix
2017.07.01 / 10:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla