Yuxarı

“Sovetski” sakinləri Prezidentə məktub ünvanladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunun “Sovetski” adlanan ərazisində yaşayan bir qrup sakin “Hacı Cavad” məscidinin köçürülməsi ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Axar.az APA-ya istinadən məktubun mətnini təqdim edir:

“Biz Yasamal rayonu Ç. Mustafayev küçəsi 16 ünvanında yerləşən “Hacı Cavad” məscidinin yeni ünvanda, müasir üslubda tikilməsini alqışlayır və hörmətli cənab Prezidentimizə minnətdarlığımızı bildiririk.

Hörmətli, cənab Prezident!

Hacı Cavab məscidi bizim “Sovetski” sakinləri üçün 100 ildən artıq müddətdə çox əziz olub və qəlbimizdə xüsusi yer tutan tarixi məscidlərimizdən biridir. Həmin məscidin yeni ünvanda tikilməsi Sizin “Sovetski”də yaşayan sakinlərə yüksək qayğınızın və hörmətinizin təzahürüdür.

Əlavə olaraq qeyd edirik ki, məscidin sökülməsi zamanı toplaşmağa cəhd göstərənlər bizə məlum olmayan və “Sovetski”də yaşamayan şəxslərdir.

Onların hansı məqsədlə toplaşmağa cəhd göstərmələri də bizə məlum deyil. Bir daha bizə göstərdiyiniz xüsusi hörmət və qayğıya görə Sizə öz dərin minnətdarlığımızı bildiririk”.

Tarix
2017.07.01 / 16:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla