Yuxarı

Avstriya Məmmədyarovla Nalbəndyanı niyə görüşdürür?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu görüşdən biz çox ciddi nəticələr gözləyə bilmərik. Çünki bu görüşdə əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi üçün hər hansı həll düsturu tapmaq deyil.

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə iyulun 11-də Avstriyanın Mauerbax şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi mərasimi çərçivəsində təşkil ediləcək Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və və Ermənistan Xarici İşlər naziri Eduard Nalbəndyanın görüşünü şərh edərkən bildirib.

Politoloq görüşün ATƏTçərçivəsində təşkil edildiyini vurğulayıb:

“Bu görüş ATƏT çərçivəsində keçiriləcək, əsas təşəbbüskarı da ATƏT-ə cari sədrlik edən Avstriyadır. Avstriya xarici işlər naziri təşkilat çərçivəsində münaqişəli ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu görüşü Avstriya tərəfinin münaqişəylə yaxından tanışlığına xidmət edir. Onu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan proseslərə aid etmək düzgün deyil.

Avstriyanın münaqişə ilə yaxından tanışlığı məqsədi daşıyan görüş həm də bu ölkənin konfliktə münasibətinin formalaşmasına xidmət edəcək. Nəticədə danışıqların daha məhsuldar olması üçün ATƏT-in hansı istiqamətlərdə addımlar ata biləcəyi müəyyənləşəcək”.

Tarix
2017.07.02 / 10:24
Müəllif
Nübar Lətifli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla