Axar.az
Yuxarı

AŞPA-da İrəvan barbar və vəhşi adlandırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Azay Quliyev bu gün Minskdə ATƏT PA-nın 26-cı illik sessiyasında çıxış edərək Ermənistanın silahlı qüvvələrinin atəşi nəticəsində iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin qətlə yetirilməsi faktını sərt şəkildə qınayıb və həlak olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib.

Axar.az xəbər verir ki, erməni silahlı birləşmələrinin qəsdən mülki əhalini hədəfə aldığını deyən Azay Quliyev iki günahsız insanı - Sahibə Quliyeva və 2 yaşlı Zəhra Quliyevanı qətlə yetirdiklərini bildirib: “Bu Ermənistanın Azərbaycan xalqına qarşı olan barbar və vəhşi hərəkətdir. ATƏT PA bu qəddar hücumları kəskin şəkildə pisləməlidir. Münaqişələrdə belə halların baş verməsinə heç vaxt icazə verməməliyik. Düşünürəm ki, bu hərəkət azərbaycanlı mülki əhali qarşı olan qəsdən, məqsədli şəkildə törədilmiş hücumdur. Bu kimi hallar beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasıdır və birbaşa olaraq 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının müddəalarına və cəbhə xəttində uşaqların, mülki əhalinin hüquqlarını müdafiə edən digər əlavə protokollara ziddir. Minsk Qrupunun həmsədrləri bu məsələ ilə məşğul olmalı və belə qəddar hücumları pisləməlidir, dərhal bu kimi hücumları dayandırmaq üçün addım atmalıdır”.

Azay Quliyev bu gündən etibarən bütün hərbi və siyasi məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirərək ATƏT PA-nın bu insidentlə bağlı səssiz qalmamasının və gələcəkdə cəbhə xəttində belə halların baş verməməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulayıb.

Sessiyada qətlə yetirilən mülki şəxslər barədə XİN-in bəyanatı və onların şəkilləri ATƏT PA-nın üzvlərinə paylanılıb.

Tarix
2017.07.05 / 15:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan vətəndaşlığı istəyən erməniyə cinayət işi açıldı

İlham Əliyevdən taxıl açıqlaması: Problem yoxdur

“Cross”: “Qisas” Ermənistanın təxribatına cavab oldu

Perinçək: Ərdoğan Soçidə Putinə söz verib

Erməni deputatlar Qarabağa qanunsuz səfər etdi

Xankəndidə bildiriş: Azərbaycana xoş gəlmisiniz!

Ermənilər Azərbaycan mediasını tora saldı

Rusiya və İran Mehridə toqquşdu: Zəngəzur yolu, ya təzyiq?

İrəvanda azərbaycanlı taksi sürücüsü… - Kütləvi psixoz

Rusiyada komaya düşən qazimiz üçün pul toplanılır - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla