Yuxarı

Türkiyənin yüksək rütbəli zabitləri Müdafiə Nazirliyində

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin yüksək rütbəli zabitləri Müdafiə Nazirliyində

İyulun 5-də Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində Türkiyədən qonaq gəlmiş ehtiyatda olan bir qrup yüksək rütbəli zabitlə görüş keçirilib.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev qonaqları Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq qeyd edib ki, iki xalq arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi prosesinin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.

Tədbirdə belə görüşlərin müntəzəm keçirilməsinin qabaqcıl təcrübə mübadiləsi, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olunub.

Qonaqlar adından çıxış edən Türkiyə Ehtiyatda olan Zabitlər Təşkilatının sədri istefada olan korpus generalı Ərdoğan Karakuş səmimi qarşılandıqları üçün Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirərək, qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də türk xalqı Azərbaycanla həmrəydir və bütün problemlərin həllinə dəstək verməyə hazırdır.

Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.

Tarix
2017.07.05 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla