Axar.az
Yuxarı

Diaspor təşkilatları səfərbər olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi 50 yaşlı Sahibə Quliyevanın həlak olması ilə bağlı Azərbaycan diaspor təşkilatları səfərbər olunub.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N. İbrahimov qeyd edib ki, xaricdəki soydaşlarımız və Azərbaycan diaspor təşkilatları Ermənistan tərəfinin təxribatı nəticəsində biri azyaşlı körpə olmaqla, iki nəfər dinc sakinin həlak olması faktını böyük narahatlıqla qarşılayıb və Dövlət Komitəsinə bununla bağlı çoxsaylı müraciətlər daxil olub. Dövlət Komitəsinin sədri baş verənlərin beynəlxalq aləmin diqqətinə çatdırılması məqsədilə artıq diaspor təşkilatlarına müvafiq tövsiyələr verildiyini bildirib: “Diaspor təşkilatları artıq yaşadıqları ölkələrin hökumətlərinə, parlamentlərinə, beynəlxalq təşkilatlara və yerli ictimaiyyətə müraciətlər ünvanlamağa başlayıb. Eyni zamanda xarici ölkələrdəki Ermənistan səfirliklərinin qarşısında, beynəlxalq qurumların qərargahları önündə, iri şəhərlərin mərkəzi küçə və meydanlarında etiraz aksiyaları, yürüş keçirərək beynəlxalq aləmi dinc sakinlərin həlak olmasına biganə qalmamağa, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinə dəstək göstərməyə çağıracaq”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Tarix
2017.07.05 / 17:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Cross”: “Qisas” Ermənistanın təxribatına cavab oldu

Perinçək: Ərdoğan Soçidə Putinə söz verib

Erməni deputatlar Qarabağa qanunsuz səfər etdi

Xankəndidə bildiriş: Azərbaycana xoş gəlmisiniz!

Ermənilər Azərbaycan mediasını tora saldı

Rusiya və İran Mehridə toqquşdu: Zəngəzur yolu, ya təzyiq?

İrəvanda azərbaycanlı taksi sürücüsü… - Kütləvi psixoz

Rusiyada komaya düşən qazimiz üçün pul toplanılır - Foto

Ekozyants “ən qədim” erməni mifini darmadağın etdi

Sülhməramlılar Mehridə niyə postlar qurur? – Arşakyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla