Yuxarı

Rusiya bir az da zəifləsə, İrəvan müflis olunacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistanın əsas borclu olduğu ölkə Rusiyadır. Ölkə iqtisadiyyatının böyük əksəriyyətinə Rusiya nəzarət edir. Və son vaxtlar Rusiyada gedən proseslər Ermənistana ciddi şəkildə təsir edir. Yəni Rusiyanın iqtisadi aktivliyinin azalması buradan Ermənistana pul köçürmələrini də azaldır.

Bu sözləri Ermənistanın iqtisadi vəziyyətini Axar.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O, Ermənistanın artan dövlət borcunun Rusiyadakı proseslərlə bağlı olduğunu bildirib:

“Əgər Rusiyanın iqtisadi vəziyyəti zəifləməkdə davam edəcəksə, İrəvan müflis həddinə çatacaq.

Ermənistanın xaricdəki diaspor təşkilatlarına da çox ehtiyacı var. Amerika və Avropadakı diaspor təşkilatları Ermənistana birbaşa maliyyə yardımı edirlər. Ermənistan dünyada yeganə ölkədir ki, büdcəsində diaspor təşkilatlarından köçürülən yardımlar gəlir kimi nəzərdə tutulur. Bu nöqteyi-nəzərdən Ermənistan xaricdə gedən proseslərdən və yardımlardan asılı ölkədir”.

Qeyd edək ki, Ermənistanın dövlət borcu 6 milyard dollara yaxınlaşır. Bu, ölkənin ümumdaxili məhsulunun 60 faizinə yaxınıdır. Son vaxtlar isə ölkədə işsizlik hallarında artım və banklara xaricdən gələn pullarda azalma müşahidə olunur.

Tarix
2017.07.09 / 10:12
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla