Yuxarı

Erməni politoloq: Azərbaycan imkan verməz ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni politoloq: Azərbaycan imkan verməz ki...

Nə qədər ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması barədə razılıq əldə etməyiblər, müharibə təhlükəsi həmişə olacaq və buna hazır olmaq lazımdır.

Virtualaz.org xəbər verir ki, bunu Ermənistanda artan müharibə narahatlıqları və Beynəlxalq Böhran Qrupunun Qarabağda müharibənin yetişdiyi haqda son hesabatını şərh edən politoloq Armen Bədəlyan deyib.

“Aravot” qəzetinin yazdığına görə, Bədəlyan hesab edir ki, beynəlxalq vasitəçilərin, Minsk Qrupunun münaqişəyə yetərincə diqqət ayırmadıqları haqda deyilənlərlə razı deyil. Çünki Azərbaycan özü də imkan verməz ki, münaqişə yaddan çıxsın. “Azərbaycan hər dəfə fürsət düşən kimi göstərmək istəyir ki, münaqişə həll olunmayıb və ona diqqət ayırmaq lazımdır”, - Bədəlyan bildirib.

Erməni politoloq Ermənistanda “Azərbaycana preventiv zərbə endirməyə” çağıran bəzi generalları boşboğaz adlandırıb.

“Yaxşı olardı ki, həmin o birinci hücum etmək tərəfdarlarının uşaqlarını hərbi xidmətə göndərsinlər və qoy onlar hücum edən qoşunların ön sıralarında yer alsınlar. Görək o vaxt həmin divan generalları yenə də birinci hücum etmək barədə danışacaqlar? Fəallıq ancaq diplomatik sahədə olmalıdır. Ermənistan isə elə siyasi və iqtisadi çəkiyə malik deyil ki, diplomatik cəhbədə fəallıq göstərsin”, - erməni politoloq bildirib.

Tarix
2017.07.09 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla