Yuxarı

ÜAK-dan erməni təxribatı ilə bağlı - Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ÜAK-dan erməni təxribatı ilə bağlı - Bəyanat

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Ermənistan ordusunun növbəti təxribatını pisləyən bəyanat yayıb.

Axar.az bəyanatın mətnini təqdim edir:

“Azərbaycanın Qarabağ bölgəsinin dinc əhalisinə qarşı törədilmiş daha bir cinayət 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində baş verib. Hadisə nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra öldürülüb. Dinc əhaliyə, qadınlara, uşaqlara, qocalara qarşı törədilən bu vəhşilik Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir”.

Bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçuları tərəfindən Xocalıda törədilmiş qanlı terror hadisəsinə də toxunulub, bu hadisə haqında ətraflı məlumat verilib. Ermənistan prezidenti Sarkisyanın məşhur ifadəsi - “Xocalıya qədər azərbaycanlılar bizə qeyri-ciddi yanaşırdılar, onlar düşünürdülər ki, biz dinc əhaliyə silah qaldırmaq gücündə deyilik. Biz bu stereotipi sındıra bildik” fikrinin bu ölkənin soyqırımı və terror siyasəti yürütdüyünün etirafı olduğu vurğulanıb.

“Biz, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş bu cinayət hadisəsini qətiyyətlə pisləyir və ümid edirik ki, Rusiya Federasiyasının ictimai və siyasi təşkilatları bizim narahatlığımızı bizimlə bölüşür. Bütün Azərbaycan xalqına, eləcə də cəbhədə həlak olmuş həmvətənlərimizin doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı veririk” - deyə, bəyanatda bildirilib.

Tarix
2017.07.10 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla