Yuxarı

Bu ölkə mediası Ermənistanın cinayətindən yazdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 4-də erməni silahlı qüvvələrinin Fizuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Azərbaycanın mülki şəxslərinin qətlə yetirilməsi ilə bağlı İordaniya mətbuatında məqalələr dərc edilib.

Axar.az xəbər verir ki, Azərbaycanın İordaniyadakı səfirliyindən Azərtac-a verilən məlumata görə, “Uruba” xəbərlər agentliyinin saytında dərc edilmiş məqalələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verilməklə bərabər, Ermənistandan azərbaycanlıların qovulması, Ermənistanın ölkəmizə qarşı yeritdiyi düşmənçilik siyasəti pislənilir. Yazılarda 2 yaşlı Zəhra və nənəsinin faciəvi ölümündən, beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdikləri qərar və qətnamələrdən bəhs edilir və bu faciənin insanlığa qarşı cinayət olduğu diqqətə çatdırılır.

“Ammonnyus” xəbər agentliyinin saytında yerləşdirilən “Ermənistan-Azərbaycan münaqişəsi və beynəlxalq ictimaiyyətə “SOS” həyəcan siqnalı” sərlövhəli yazıda iordaniyalı səfir Muvaffaq əl-Acluni İordaniya və dünya ictimaiyyətinə müraciətində bildirir ki, əgər bu münaqişə davam etsə hələ çox qurbanlar olacaq, xüsusi ilə mülkü əhali arasında. Müəllif məqalədə, eyni zamanda, İordaniya kralı II Abdullahdan beynəlxalq arenadakı nüfuzundan istifadə edərək münaqişənin həllində yardım etməyi xahiş edir. Ermənistan silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal çıxardılması və qaçqınların doğma yurdlarına qaytarılması tələb edilir. Yuxarıda qeyd olunan məqalə “Ajlunnyus” xəbər portalında da dərc edilib.

“Əl-Diyar” qəzetində dərc edilən “Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində mülkü Azərbaycan əhalisini bombalayıb” başlıqlı məqalədə Azərbaycan səfirliyinin bəyanatına istinad olunaraq qeyd edilir ki, Ermənistan respublikasının hərbi birləşmələri tərəfindən Fizuli rayonunun Alxanlı kəndində törədilmiş cinayət nəticəsində iki yaşlı Zəhra və nənəsi qətlə yetirilib. Yazıda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, günahsız insanların öldürülüməsi pislənilir. Dünya ictimaiyyəti tərəfindən bu cinayətə ədalətli qiymət verilməsi və işğal olunmuş Azərbaycan torpaqlarının tam azad olunması tələb edilir.

Məqalələrdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, erməni təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsi və bir milyondan çox insanın öz yurdundan didərgin düşməsi barədə də məlumat verilir. Yazılarda Ermənistanın hərbi təxribatları, 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan ordusunun qazandığı qələbələr barədə məlumat verilir.

Tarix
2017.07.10 / 20:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla