Yuxarı

Felgenhauer: II Qarabağ müharibəsi başlayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Felgenhauer:

Qarabağda hələlik müharibə yoxdur, amma bu ehtimal getdikcə daha da güclənir. Hazırda hər iki tərəf aktiv şəkildə savaşa hazırlaşır. Əgər hər iki tərəf hazırlaşırsa, o zaman yekunda toqquşma mütləq olacaq.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib.

“Konfliktə təsir edən daxili və xarici faktorlar var. Hər iki tərəf intensiv şəkildə öz gücünü artırır. Genişmiqyaslı toqquşmaların qarşısını almaqdan ötrü nəsə etmək lazımdır. Hələlik bu məsələ dünyada heç kimi maraqlandırmır. İndi hamı Ukrayna, Donbas, Suriya və Koreya ilə məşğuldur. Hər kəs Qarabağı unudub. Ona görə də eskalasiya qaçılmazdır.

Genişmiqyaslı müharibəni başlamaq üçün təsadüfi olmayan, məqsədyönlü fəaliyyətlər tələb olunur. Tərəflərdən hansısa biri qərar verməlidir ki, başqa variant yoxdur və uğur qazanılması üçün heç olmasa lokal zərbə endirilməlidir”, - Felgenhauer deyib.

Ekspertin fikrincə, Qarabağda atəşkəslə bağlı edilən çağırışlar kifayət qədər deyil:

“Biz Qarabağın kompromis yolu ilə həllinə müəyyən siyasi səbəblərin izn vermədiyini görürük. Situasiya kompromislər və ciddi deeskalasiya olmadan dəyişməyəcək. Genişmiqyaslı müharibəyə doğru aparan geridönülməz proses baş verir. Tərəflər hələlik ciddi hərbi fəaliyyətləri başlamağa hazır deyil. Bu, çox yaxşıdır, amma bu, savaşın qarşısını almaq üçün yetərli deyil”.

Tarix
2017.07.12 / 10:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla