Yuxarı

Millət vəkili 2 şəhərin fəxri vətəndaşı oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayevaya Türkiyənin Ağsaray vilayətinin fəxri vətəndaşı statusu verilib.

Axar.az xəbər verir ki, fəxri vətəndaşlıq Ağsaray bələdiyyə məclisində üzvlər tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib.

Ağsaray bələdiyyə sədri Haluk Şahin Yazqı bildirib ki, millət vəkili Qənirə Paşayeva türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Ağsarayın tanıdılmasındakı xidmətlərinə, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə buna layiq görülüb.

Millət vəkili Qənirə Paşayevaya həmçinin qədim Kapadokyanın (Üçhisar) fəxri vətəndaşlığı da verilib.

Fəxri vətəndaşlığın millət vəkilinə təqdim edilməsi zamanı çıxış edən bələdiyyə sədri Əli Qaraarslan bildirib ki, Q.Paşayeva fəaliyyətində hər zaman Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə, türk dövlət və toplumlarının haqlarının dünyanın hər yerində müdafiəsinə, Kapadokya ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə böyük önəm verir və onun bu fəaliyyəti gənc nəsillər üçün gözəl örnəklərdən biridir və Üçhisar ona fəxri vətəndaşlıq verməkdən çox məmundur.

Ağsarayda və Kapadokyada fəxri vətəndaşlığın təqdim edilməsində iştirak edən Q.Paşayeva ona göstərilən bu etimadı yüksək qiymətləndirərək, onu bu şərəfli ada layiq görən Ağsaray və Kapadokiyaya, bələdiyyə məclis sədrlərinə və üzvlərinə təşəkkürünü bildirib. Belə bir statusun onun üçün xüsusi qürur olduğunu dilə gətirib:

"Ağsarayın və Kapadokyanın fəxri vətəndaşı olmaq mənim üçün şərəfdir. Türkiyədə, özəlliklə Ağsaray və Kapadokyada olmaq başqa duyğudur. Belə bir adın verilməsini mənə göstərdiyiniz etimad kimi qiymətləndirirəm və hər zaman onu doğrultmağa çalışacam”.

Ağsaray və Kapadokyada fəxri vətəndaşlığın verilməsi mərasimindəki çıxışları zamanı fəxri vətəndaşlığın verilməsini həyatının ən gözəl anlarından biri adlandıran millət vəkili bundan sonra da bu etimadı doğrultmağa çalışacağını, Azərbaycan-Türkiyə birliyi, türk dünyasının birliyi, bərabərliyi uğrunda əlindən gələni əsirgəməyəcəyini dilə gətirib:

“Mənə verdiyiniz bu şərəfli statusa layiq olacağıma söz verirəm. Bunu öz adıma deyil, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və türk dünyasının birliyinə, bərabərliyinə çalışan dəyərli böyüklərimizin, aydınlarımızın adına qəbul edirəm. Bizim hamımızın məqsədimiz türk millətinin birlik və bərabərliyini gücləndirmək, bu uğurda əlimizdən gələni əsirgəməmək olmalıdır”.

Qənirə Paşayeva hazırda türk dövlətləri arasında mövcud olan qırılmaz əlaqələrdən də danışıb:

“Hazırda Azərbaycan və Türkiyə arasında dünyada analoqu olmayan əlaqələr mövcuddur. Gənclərimiz bu əlaqələrin daha da genişlənməsi üçün əllərindən gələni etməlidirlər. Çünki böyük şəxsiyyət İsmayıl Qaspıralı deyir ki, dildə, fikirdə və işdə birlik. Əgər dildə və fikirdə birlik olmazsa, işdə də birlik olmaz. Dil və fikirdə bir olduğumuz türk dünyası ilə olan əlaqələri inanıram ki, gənclərimiz daha da genişləndirəcək”.

Qənirə Paşayeva fəxri vətəndaşlıq statusu aldığı bu günlərdə düz 24 il əvvəl Azərbaycanda yaşanan faciələrin il dönümü olduğunu diqqətə çatdırıb:

“24 il bundan əvvəl bu günlərdə Azərbaycanın Ağdam şəhəri işğal olunub. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək arzu edirəm ki, bir gün bu cür törənləri birlik və bərabərlik içərisində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Xankəndidə, Şuşada, Xocalıda, Qaradağlıda, o gözəl torpaqlarımızda da qeyd edək”.

Çıxışlardan sonra millət vəkili Qənirə Paşayevaya Ağsaray və Kapadokyanın fəxri vətəndaşlığı statusunun rəsmi sənədləri təqdim olunub. O da öz növbəsində Ağsaray bələdiyyə sədri Haluk Şahin Yazqı və Üçhisar bələdiyyə başkanı Əli Qaraarslana Azərbaycan incəsənətinə və tarixi həqiqətlərinə aid hədiyyələr təqdim edib.

Tarix
2017.07.25 / 17:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla