Yuxarı

Ermənilər Ramil Səfərova qarşı qətnamə hazırlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Ramil Səfərova qarşı qətnamə hazırlayır

Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun ekstradisiyasını nəzərdə tutan qətnamə layihəsi AŞ PA-nın 2015-ci ilin yanvar sessiyasında qəbul oluna bilər.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Naira Zoqrabyan erməni mediasına verib. Onun sözlərinə görə, britaniyalı parlamentari Kristofer Çoupanın təşəbbüsü ilə ərsəyə gələn bu sənədin üzərində Ermənistan nümayəndə heyəti də əlindən gələni edib:

"Əmin olun ki, bu sənəd yekdilliklə dəstəklənəcək. Payız sessiyasına çatdıra bilməsək, növbəti ilin yanvarında qətnamə layihəsi təsdiqini tapacaq. Amma ilin sonuna qədər ilkin müzakirələr aparacağıq".

Erməni deputat həmçinin bildirib ki, mayın 27-də AŞ PA İnsan Haqları Komitəsinin ilk dəfə açıqladığı bu sənəddə Azərbaycanın münasibətlərin indiki gərgin bir dövründə əsirləri bu cür ekstradisiya etməsindən narahatlıq ifadə olunur. Erməni deputat "əmindir" ki, bu narahatlıq ifadə edən qətnamənin AŞPA-da qəbuluna nail ola biləcəklər.

Tarix
2014.06.01 / 14:15
Müəllif
Elnur Elmanoğlu
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla