Yuxarı

İsrail səfiri: “Azərbaycanda antisemitizm yoxdur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən qəti şəkildə bildirmək istəyirəm ki, Azərbaycan tolerantlığın mövcud olduğu ölkədir. Azərbaycan yəhudi icmasına münasibətə görə bütün dünya üçün nümunədir".

Bu sözləri açıqlamasında İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-dakı "Antidiffamasiya Liqası" (Anti-Defamation League) adlı yəhudi təşkilatının dünyanın 100-dən çox ölkəsində antisemitizmin vəziyyətinə dair apardığı tədqiqatın nəticələrini şərh edərkən deyib. Tədqiqatın nəticəsinə əsasən guya Azərbaycanda antisemitizmin səviyyəsi 37%-ə çatır.

Səfir bildirib ki, Azərbaycanda min illər boyu yaşayan yəhudilər cəmiyyətə tam inteqrasiya olunaraq hər zaman özlərini evdəki kimi hiss ediblər. O, məlum tədqiqatdan xəbərsiz olduğunu söyləyərək yəhudi icmasının hər zaman Azərbaycanda özünü təhlükəsiz hiss etdiyini vurğulayıb: "Azərbaycanda antisemitizm yoxdur, yəhudi icması burada qürurla yaşamaqdadır və Azərbaycan hökuməti bu icmanı dəstəkləyir. Bakıda və Qırmızı Qəsəbədə yəhudi icmaları məskunlaşıb, yəhudi məktəbləri və sinaqoqları inkişaf edir. Bir daha demək istəyirəm ki, Azərbaycan yəhudi icmasına münasibətə görə digər dünya ölkələrinə yaxşı nümunədir".

Qeyd edək ki, Antidiffamasiya Liqası antisemitizm və yəhudilərə qarşı dözümsüzlüyün digər formalarına qarşı mübarizə aparan hüquq-müdafiə təşkilatıdır. Təşkilat 1913-cü ildə yaradılıb./APA/

Tarix
2014.06.02 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla