Yuxarı

"Qərb Azərbaycanı Rusiyaya yaxınlaşdırır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qərb Azərbaycanı Rusiyaya yaxınlaşdırır"

ABŞ səfiri Riçard Morninqstarın Azərbaycanın daxili işlərinə qarışması kimi qiymətləndirilən fikirlərindən sonra Böyük Britaniya da analoji addımı atıb.

Belə ki, Böyük Britaniyanın Xarici İşlər və Birlik Məsələləri üzrə Ofisi Azərbaycan vətəndaşları Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədovun mühakimə olunmasını tənqid edib və məhkəmələrin azad olmadığını iddia edib. Azərbaycan XİN isə etiraz edərək, bunu ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirib.

Bu kontekstdə son vaxtlar Qərb ölkələrinin Azərbaycanın daxili işlərinə qarışması, rəsmi Bakını sərt tənqid etməsi diqqət çəkəndir.

Politoloq Fərhad Mehdiyev bunu Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetinə sədrliyə başlaması ilə əlaqələndirib: "Azərbaycan növbəti 6 ayda bu quruma sədrlik edəcək. Bu üzdən diqqətlər üzərində cəmləşib. Lakin böyük ehtimalla səbəblər sadəcə bu deyil. Obama da 28 May-Müstəqillik günü ilə bağlı təbrik məktubunda regionda insan haqlarının vacibliyini önə çəkmişdi".

Politoloq hesab edir ki, Qərb indiki dönəmdə Azərbaycana qarşı daha yumşaq siyasət yürütməlidir. Onun fikrincə, rəsmi Bakını tənqid etməmək hazırda Qərbin xeyrinə işləyə bilər.

"Avrasiya İttifaqına üzvlük baxımından Qərb bizə sıxışdırmamalı, əksinə daha yumşaq olmalıdır. Sıxışdırmaq Azərbaycanı Rusiyaya yaxınlaşdıracaq. Əgər bunu istəmirlərsə, o zaman Azərbaycanı tənqid etməməli, daha ehtiyatlı davranmalıdırlar"-deyə politoloq bildirib /Publika.az/

Tarix
2014.06.02 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla