Yuxarı

İsveçrə Prezidentinin şərəfinə rəsmi nahar verilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyevin adından İsveçrə Prezidenti Didye Burkhalterin şərəfinə rəsmi nahar verilib.

Prezident İlham Əliyev İsveçrə Prezidenti Didye Burkhalteri ölkəmizdə bir daha salamlayıb, səfər zamanı ikitərəfli münasibətlərə dair bir çox vacib məsələlərin müzakirə edildiyini deyib. İsveçrənin ATƏT-ə sədrliyinin uğurlu olacağına, onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində fəal iştirak edəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı deyib: "Bizim ikitərəfli əlaqələrimizin inkişafı məmnunluq doğurur. Qısa müddətdə aramızda fəal ünsiyyət qurulub".

Prezident İlham Əliyev ölkələrimiz arasında investisiya və biznes əlaqələrinin inkişaf etdiyini, bu sahədə birgə iqtisadi komissiyanın mühüm rol oynadığını diqqətə çatdırıb. Dövlətimizin başçısı siyasi əlaqələrimizin, birgə məsləhətləşmələrin əhəmiyyətinə toxunaraq bütün bunların münasibətlərimizin təməlini təşkil etdiyini deyib.

İsveçrə Prezidenti Didye Burkhalter şəhərimizdə gördüyü inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını vurğulayıb. O, İsveçrə üçün dinamik inkişaf edən ölkələrlə münasibətlər qurmağın çox vacib olduğunu deyib.

Bildirib ki, İsveçrə ilə Azərbaycan arasında iqtisadi əlaqələri inkişaf etdirmək mühüm istiqamətlərdən birini təşkil edir. Didye Burkhalter bu imkanı təqdim etdiyinə və etibarlı tərəfdaşlıq mühitinin yaradılmasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib /Trend/.

Tarix
2014.06.02 / 17:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla