Yuxarı

“İlham Əliyevə Qarabağı söz veriblər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İlham Əliyevə Qarabağı söz veriblər”

"Rusiya Qarabağ ətrafı rayonları Azərbaycana qaytaracaq".

Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat hələlik bütün situasiyanın Azərbaycanın lehinə işlədiyini bildirib:

"Abxaziyanın yeni rəhbərliyi Avrasiya İttifaqına üzvlüyü haqqında niyyətini açıqladı. Dnesteryanı da artıq bu təşkilata üzv olmaq istədiyi haqqında niyyətlərinin olduğunu bildirib. Bəs Qarabağ necə? Əslində, Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyanın Qarabağa səfəri bu istiqamətdə danışıqların aparılması üçün mühüm əhəmiyyət kəsb edir. Nazir Bako Saakyana Qarabağın bura necə daxil olacağı ilə bağlı şərtləri çatdırıb. Görünür, Qarabağın burada başqa hansısa danışıqlar aparacağını söyləmək çətindir. Amma əsas məsələ sərhədlərlə bağlıdır. Çox güman ki, Qarabağın sərhədləri və əsas bufer zonası müzakirə mövzusu olacaq. Hazırkı sərhədlərə malik ərazilər isə hələlik parçalana bilər. Nazarbayev və Putinin bu ərazilərdə təhlükəsizliyə zəmanət durması Ermənistan diplomatiyasının məğlubiyyəti olacaq. Çünki indiyə qədər həmin ərazilər əsas müdafiə zonası kimi göstərilib. Ermənistanın cəmi iki həftə vaxtı qalıb. Azərbaycan isə susur. Görünür, Əliyevə nə isə söz veriblər. Qərb müdaxilə etməsə, bölgədə yenidən dəyişiklikləri gözləmək olar".

Tarix
2014.06.03 / 00:16
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla