Yuxarı

Sırrı Sakıkdan Azərbaycana daha bir düşmənçilik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağrıda Bələdiyyə sədri seçilən Sırrı Sakık bütün şəhərdən Mustafa Qarabəkir Paşanın adının silinəcəyini deyib.

Türkiyədə keçirilən 30 mart bələdiyyə seçkisi bəzi şəhərlərdə hələ indi dəqiqləşir. Buna səbəb isə məntəqələrdə saxtakarlıq edildiyi iddiaları idi. Bu şəhərlərdən biri də Ağrıdır. Dünən Ağrıda keçirilən bələdiyyə seçkisində milliyətcə kürd olan, Barış və Demokratiya Partiyasının (BDP) namizədi Sırrı Sakık qalib gəlib. O, qalib olduqdan sonra ilk açıqlamasında hər kəsi şoka salacaq ifadələrə yer verib.

Yeni bələdiyyə sədri Ağrının Respublika küçəsində olan pilotlar abidəsini "utanc abidəsi" adlandırıb və götürüləcəyini bildirib. Kürd bələdiyyə sədri bununla kifayətlənməyib, Türkiyə ilə bərabər, Azərbaycanın da tarixində böyük rola sahib Kazım Qarabəkir Paşanın adını bütün küçə, prospektlərdən siləcəyini və heykəllərinin götürüləcəyini qeyd edib.

Xatırladaq ki, Kazım Qarabəkir Paşa (1882-1948) Atatürkün ən yaxın silahdaşı olub. Və Atatürk inqilabına hərbi və siyasi təcrübəsi ilə böyük töhfə verib. Bütün bunlarla bərabər, Kazım Qarabəkir Paşa erməni silahlı qüvvələrinin Naxçıvana təcavüzü zamanı Naxçıvanın müdafiə olunmasında mühüm xidmət göstərib. Qars konfransında (1921) iştirak edib. Naxçıvanın mədəni həyatında yaxından iştirak edən Kazım Karabəkir Paşa şəhərdə teatrın fəaliyyətini bərpa edib, Naxçıvan teatrında türk yazıçılarının dram əsərlərini tamaşaya qoyub, tədris müəssisələri açıb, məktəblər üçün Türkiyədən çoxlu sayda dərsliklər gətirtdirib. Hərbi vətənpərvərlik tərbiyəsinə böyük əhəmiyyət verən və nizami ordu quruculuğunun vacibliyini nəzərə alan Kazım Karabəkir Paşa bu işi öyrənmək üçün bir qrup gənci Türkiyə məktəblərinə oxumağa göndərib /Publika.az/.

Tarix
2014.06.03 / 14:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla