Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Fevral 2019


Ermənilərin kimyəvi silahla hücum hədəsinə cavab – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstənilən halda Azərbaycan Respublikası Silahlı Qüvvələri istənilən zəhərli maddələrin aşkar olunması, şəxsi heyətin qorunması və zərərsizləşdirilməsi üçün tələb olunan kifayət qədər qüvvə və vasitələrə malikdir".

Bu sözləri Ermənistanın Naxçıvana kimyəvi silahlardan hücum hazırlaması haqqında yayılan informasiya ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Mətbuat Xidməti verdiyi cavabda bildirib.

Nazirlik Ermənistanın Azərbaycana qarşı kimyəvi silahlardan istifadə etmək imkanlarına malik olmadığını bildirib:

"Birincisi, bu, erməni tərəfinin Azərbaycana qarşı uzun illərdi apardığı informasiya müharibəsinin bir hissəsidir. İkincisi, Ermənistan Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatına üzv olan və BMT-nin Baş Assambleyasında Kimyəvi Silahlar Konvensiyasını imzalayaraq üzərinə heç zaman və heç bir şəraitdə kimyəvi silahları artırmamaq, istehsal etməmək, əldə etməmək və ehtiyatda saxlamamaq barədə öhdəlik götürən bir ölkədir. Bu səbəbdən də üzv ölkələrin kimyəvi maddələr istehsal edən mülki istehsal imkanları konvensiyanın nəzarəti altındadır. Bu ləvazimatların fəallığının konvensiyanın öhdəliklərinə uyğunluğunu yoxlamaq məqsədilə konvensiyaya üzv olan hər bir dövlət öz ərazisində olan bu ləvazimatları, eləcə də ölkə ərazisində saxlanılan və istehsal edilən kimyəvi maddələr və onların məhsullarını yoxlama üçün təqdim edir. Bu məqsədlə nəzərdə tutulmuş yoxlamalar və "gözlənilməz" yoxlamalar həyata keçirilir. Buna görə də Ermənistan belə bir addım atarsa, beynəlxalq sanksiyalara məruz qalar".

Mətbuat Xidməti həmçinin yayılmış informasiyada qeyd edilən sianidin döyüş sursatlarında istifadəsinin kifayət qədər zəif olduğunu qeyd edib:

"Azərbaycan Respublikası Silahlı Qüvvələri, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələr, habelə müvafiq dövlət strukturları əlaqəli şəkildə düşmənin bu kimi hərəkətlərinin qarşısının alınmasında daim kompleks tədbirlərin təşkilini həyata keçirib və keçirir. Sonuncu və ən əsası sianidin döyüş sursatlarında istifadəsi texniki baxımdan az ehtimal olunan və keyfiyyət baxımından az effektivdir. Lakin bunlara baxmayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri istənilən zəhərli maddələrin aşkar olunması, şəxsi heyətin qorunması və zərərsizləşdirilməsi üçün tələb olunan kifayət qədər qüvvə və vasitələrə malikdir".

Qeyd edək ki, dünən mediada Ermənistanın Naxçıvana qarşı kimyəvi hücum həyata keçirməyə hazırlaşdıqları haqqında informasiya yayılmışdı. Mətbuat Ermənistan ordusunun Rusiyanın Qarabağda çalışan şirkətindən sianid çəlləklərini aldığını bildirmişdi. Həmin sianid çəlləklərinin hazırda Şərur və Sədərək istiqamətində cəmləşdirildiyi qeyd edilmişdi.

Tarix
2014.06.04 / 13:19
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Uğurları qəbul etməyən bir qrup marginal... – Şərh

Şeyxdən azərbaycanlı-çeçen insidentinə münasibət - Video

Zabit azərbaycanlı-çeçen görüşündən danışdı

Bakının raketləri çox güclüdür, 4 Su-30 ilə... - Ambartsumyan

İsrail Bakı ilə hərbi müqavilə imzaladığını elan etdi

Şok: Çeçen-azərbaycanlı davasının səbəbkarı tapıldı - Video

Prezidentin Sumqayıtda sakinlərlə görüşünün - Videosu

Ermənilərin çeçenlərə tarixi zərbəsi: Urartu oğurluğu

Tumanyan İranı aldadır, yoxsa ələ salır?

Mənzillərin günəş işığı ilə təminatına dair yenilik...

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla