Yuxarı

Əsgərlərimiz erməni polkovnikini necə öldürüb – Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsgərlərimiz erməni polkovnikini necə öldürüb – Təfərrüat

Mayın 26-da cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun zabiti, podpolkovnik (polkovnik-leytenant) Qarik Balayanın zərərsizləşdirilməsi əməliyyatının təfərrüatları məlum olub.

Erməni ordu korpusunun kəşfiyyat rəisi ilə birlikdə onun sürücüsü də məhv edilib, lakin həmin fakt ermənilər tərəfindən mediadan gizlədilib.

Mənbənin məlumatına görə, Q. Balayan qoşunların təmas xəttindən xeyli uzaqda məhv edilib.

Erməni kəşfiyyat-diversiya qruplarının ərazidə əməliyyat keçirmək planından xəbər tutan Azərbaycan tərəfi qabaqlayıcı tədbir həyata keçirib. Bu zaman əməliyyata bilavasitə rəhbərlik edən podpolkovnik Q. Balayan ön xəttə gələrkən Azərbaycan əsgərlərinin atəşi altına düşüb. Nəticədə Q. Balayan və sürücüsü öldürülüb. Zabitin əynində olan qoruyucu zireh də onu xilas edə bilməyib.

Ümumilikdə Füzuli istiqamətində mayın 20-dən intensiv xarakter almış döyüşlərdə ermənilərin çox sayda itki verdiyini deyən mənbə əldə edilmiş radiokəşfiyyat məlumatlarında da bunun əksini tapdığını bildirib.

Mənbənin məlumatına görə, cəbhədə yaralanmış erməni hərbçilər Xocavənd, Əsgəran və Xankəndi hərbi hospitallarına yerləşdirilib.

"Əldə olunan məlumata görə, təkcə Əsgərandakı hospitala 10-dan artıq yaralı yerləşdirilib. Bunlar əsasən Qarabağdan olan hərbçilərdir. Ermənistandan olan yaralı hərbçilər isə İrəvan və Gorusdakı hospitallara yerləşdiriliblər", - deyə mənbə bildirib /APA/.

Tarix
2014.06.04 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla