Yuxarı

Əliyev Qarabağı Putindən pulla alacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü ola bilər.

Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Rusiyanın son bir neçə ildə heç bir KTMT üzvünə Azərbaycan qədər silah satmadığını bildirib:

"Rusiya son bir neçə ildə heç bir KTMT üzvünə Azərbaycan qədər silah satmayıb. Ehtimal var ki, yaxın zamanlarda Azərbaycan bu təşkilatın da üzvü ola bilər. Hazırda Əliyev Ermənistanın Qarabağsız Avrasiya İttifaqına daxil olması üçün çalışır. Bunun üçün lazım olan hər şey ediləcək. Hətta Əliyev Qarabağı almaq üçün Putinə pul da verə bilər. Müəyyən anlıq Qərbin bütün layihələrindən Bakı üz çevirmiş vəziyyət də yarada bilər, təki istəyinə çatsın.

Əsas məqsəd isə çox sadədir. Azərbaycan Ermənistanı Avrasiya İttifaqı həbsxanasında blokadada boğmaq istəyir. Azərbaycan, Türkiyə və Rusiyanın gələn il aprelin 24-nə qədər vaxtı var. Bu zaman Ermənistan əsas geopolotik hadisələrin mərkəzinə çevrilə bilər. O vaxta qədər isə bu üç dövlət Ermənistanı bütün imkanlarından maksimal dərəcədə uzaqlaşdırmağa çalışır".

Xatırladaq ki, Rusiyadan Azərbaycana T-90S tanklarının idxalının başlaması və Astanada Avrasiya İttifaqının təsisi zamanı İlham Əliyevin müraciətinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən səsləndirilməsindən sonra Ermənistan mediasında Qarabağın işğaldan azad olunacağı, Azərbaycanın mövqelərinin gücləndiyi ilə bağlı ictimai narahatlıqlarını ifadə edən saysız-hesabsız münasibətlər ifadə edilir.

Tarix
2014.06.05 / 00:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla